Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. 
	"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 
	Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.
 				
                
                
                
         	
                                             
              





 
 