2024-cü ilin 9 ayı ərzində məktəbəqədər və ümumi təhsil müəssisələrinə qəbul, yerdəyişmə, fənn olimpiada və müsabiqələrinə elektron müraciətlərin statistikası açıqlanıb.
 
Bu barədə “Azərbaycan müəlliminə”nə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib.
 
Qeyd edilib ki, bir valideynin maksimum 3 növbəsi nəzərə alınmaqla məktəbəqədər təhsil müəssisələrinə elektron müraciətlərin sayı 160 716 olub.
 
Şagird yerdəyişməsi elektron xidməti üzrə 157 300, 1-ci sinfə qəbul üçün 133 681, olimpiadalara və müsabiqələrə 133 192, məktəbəhazırlıq qruplarına qəbul üçün 93 211 elektron müraciət qeydə alınıb.