Futzal yarışlarının bağlanış mərasimi | |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə turnirə yekun vurulub.
Final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub. Oyunlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal yarışlarının bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin idmanın inkişafındakı müstəsna rolundan, ölkəmizdə bu sahəyə olan dövlət qayğısından danışıb. Firudin Qurbanov müasir dövrdə ölkə prezidenti İlham Əliyevin idmana olan diqqəti sayəsində respublikamızın artıq idman ölkəsi kimi dünyada layiqli yerini tutmasını qeyd edib. Bu yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
|
|
![]() |
04.05.2023 | 14:06 |
|
|
|