| İşğaldan azad olunmuş ərazilərdə 3 məktəbdə buraxılış imtahanları keçiriləcək | |
| 
     İşğaldan azad olunmuş ərazilərdə 3 məktəbdə buraxılış imtahanları keçiriləcək. 
 Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. 
 O bildirib ki, Laçının Zabux kəndi, Zəngilanın Ağalı kəndi və Füzulidə fəaliyyət göstərən məktəblərdə buraxılış imtahanları təşkil olunacaq. 
 "Hər məktəbdə IX-XI siniflər üzrə ola bilər ki, 5, 6, 7 şagird olsun. Həmin şagirdlər təhsil aldıqları məktəblərdə buraxılış imtahanları verəcəklər”, - deyə Məleykə Abbaszadə qeyd edib. 
 Azərtac 
 
  | 
  |
| 
      | 
     25.01.2024 | 14:40 | 
| 
 | 
  |
| 
 | |