| Qazaxıstanın Atırau Dövlət Universiteti ilə anlaşma memorandumu imzalanıb | |
| 
     Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə anlaşma memorandumu imzalayıb. 
 Memorandumu BDU-nun rektoru Elçin Babayev və X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru Salamat İdrissov imzalayıb. Memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 
 Qeyd edək ki, əsası 1950-ci ildə qoyulmuş Atırau Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. 
  | 
  |
| 
      | 
     06.02.2024 | 11:38 | 
| 
 | 
  |
| 
 | |