| Bu il 223 mindən çox şagird mektebeqebul.edu.az sistemindən qeydiyyatdan keçirilib | |
| 
	2024/2025-ci tədris ili üzrə mektebeqebul.edu.az sistemindən 223 603 şagird elektron qeydiyyatdan keçirilib. 
	"Azərbaycan müəllimi" xəbər verir ki, 13 sentyabr tarixində şagirdlərin ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə və məktəbəhazırlıq qruplarına elektron müraciət başa çatıb. 
	Cari tədris ilində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə 132 931 və məktəbəhazırlıq qruplarına isə 90 672  elektron müraciət olub. 
	Qeyd edək ki, hər iki xidmət üzrə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az xidməti vasitəsilə həyata keçirilib. | |
|   | 16.09.2024 | 12:55 | 
|  | |
|  | |