| “Botanika dünyası”nın onlayn versiyası | |
| 
     AMEA Botanika İnstitutunda 2010-cu ildən başlayaraq, Azərbaycan və ingilis dillərində çap olunan “Botanika dünyası” adlı məlumat bülleteninin 16-cı sayı onlayn versiyada hazırlanıb. 
 Bülleten institutun 2019-cu ildəki elmi fəaliyyətinə həsr olunub. Elmi-populyar üslubda hazırlanan bülletendə, cari ildə aparılan elmi-tədqiqatlar, əldə olunan nəticələr, yubiley tədbirləri, alimlərin xarici işgüzar səfərləri, institutu ziyarət edən xarici qonaqlarla müzakirələr, beynəlxalq elmi seminarlar, elm-təhsil sahəsində qazanılan uğurlar, gənc kadrların hazırlığı, müştərək ekspedisiyalar haqqında məlumatlar öz əksini tapıb.  | 
  |
| 
      | 
     28.12.2019 | 11:29 | 
| 
 | 
  |
| 
 | |