| “Biz həmrəyik” | |
| 
     Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində 31 dekabr- Dünya Azərbaycanlılarının həmrəylık günü və Yeni il münasibəti ilə tədbir keçirilib. 
 Dövlət Dəmir Yolu liseyinin direktor vəzifəsini müvəqqəti icra edən Rabil Şahbazov mühəndis-pedaqoji heyəti və tələbələri bayramlar münasibəti ilə təbrik edib və 31-dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramının dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunduğunu xatırladıb. O deyib ki, Azərbaycan diasporu üçün mühüm bayrama çevrilən həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hissini özündə təcəssüm etdirir. 
 Sonra “Biz həmrəyik” ədəbi- bədii kompozisiyaya baxış olub. 
 Sonda isə ictimai, mədəni-kütləvi tədbirlərdə fərqlənən tələbələr mükafatlandırılıb. 
  | 
  |
| 
      | 
     31.12.2019 | 12:39 | 
| 
 | 
  |
| 
 | |