| İki ali məktəb arasında memorandum | |
| 
     Xəzər Universiteti Həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərovla görüşüblər. Görüşdə qarşılıqlı elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq səviyyəli alimlərin təcrübəsindən yararlanmaq, beynəlxalq və respublika səviyyəli elmi konfrans, o cümlədən, sərgilərin birgə təşkilinin əhəmiyyəti müzakirə edilib. 
 Sonda ADAU ilə Xəzər Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.  | 
  |
| 
      | 
     07.01.2020 | 18:23 | 
| 
 | 
  |
| 
 | |