| Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə İdarəetmə Sistemləri İnstitutu arasında anlaşma memorandumu | |
| 
     Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandum yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslananmanı nəzərdə tutur. 
 Anlaşma memorandumunda, konkret FHN-in Akademiyasında gedən təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, elmi- tədqiqat və kadr hazırlığı sahəsində hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə və digər məsələlər qeyd olunur. 
  | 
  |
| 
      | 
     08.01.2020 | 11:41 | 
| 
 | 
  |
| 
 | |