| AzTU-nun rektoru imtahan prosesini izləyib | |
| 
     Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası keçirilir. 
 İmtahanlar yazılı və test formalarında aparılır. 
 Auditoriyalarda imtahanın gedişini izləyən rektor Vilayət Vəliyev tələbələrlə söhbət edib, onların problemləri ilə maraqlanıb. 
 Yanvarın 7-dən başlayan, fevralın 7-dək davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.  | 
  |
| 
      | 
     08.01.2020 | 17:44 | 
| 
 | 
  |
| 
 | |