| Sabah ilin ilk Ay tutulması gözlənilir | |
| 
     Bu ilin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq. 
 Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. 
 Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.  | 
  |
| 
      | 
     09.01.2020 | 16:34 | 
| 
 | 
  |
| 
 | |