| Maqnit qasırğasının yaranma ehtimalı qiymətləndirilib | |
| 
     AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. 
 Açıqlamada yanvarın 29-dək Günəş fəallığının çox aşağı səviyyədə olacağı bildirilib. 2 MeV-dən çox enerjili elektron seli proqnoz dövründə normal səviyyədə olacaq. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. 
 Məlumatda deyilir ki, geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, mümkündür ki, fasilələrlə az fəal şərait meydana gəlsin. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 28-də 1 faizdən, yanvarın 29-da isə 5 faizdən aşağı qiymətləndirilir.  | 
  |
| 
      | 
     28.01.2020 | 17:31 | 
| 
 | 
  |
| 
 | |