| 
								 
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. 20 Yanvar faciəsinin iyirmi birinci 
								ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil 
								Nazirliyinin tədbirlər planı təsdiq edilsin 
								(əlavə olunur). 
								
								
								2. Tədbirlər planına müvafiq olaraq bütün təhsil 
								müəssisələrində 11-20 yanvar tarixlərində 
								Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak 
								olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş 
								tədbirlər həyata keçirilsin. 
								
								
								3. Yerli idarəetmə orqanlarının rəhbərləri 
								görülmüş işlər barədə 26 yanvar 2011-ci il 
								tarixinədək nazirliyə hesabat təqdim etsinlər. 
								
								
								4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmri "Azərbaycan müəllimi" qəzetində dərc 
								etdirsin. 
								
								
								5. Ümumi şöbə (H. Məmmədova) əmr və tədbirlər 
								planının çoxaldılıb yerlərə çatdırılmasını təmin 
								etsin. 
								
								
								6. Əmrin icrasına nəzarət nazir müavini 
								E.Qasımova həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								29 dekabr 2010-cu il  |