| 
								 
								
								NDU-nun incəsənət fakültəsi universitet 
								kollektivini növbəti hesabat konserti ilə 
								sevindirdi. Fakültənin Fortepiano kafedrasının 
								müəllim və tələbələri geniş musiqi proqramı ilə 
								çıxış etdilər. Proqramda Azərbaycan klassik 
								musiqisinin görkəmli nümayəndələri  F.Əmirovun, 
								Niyazinin, A.Məlikovun, V.Mustafazadənin ölməz 
								bəstələri, habelə dünya klassiklərindən 
								S.Raxmaninovun,  P.İ.Çaykovskinin, 
								V.A.Motsartın, F.Şopenin və başqalarının  məşhur 
								kompozisiyaları  səsləndirildi.   
								
								
								Konsertlə bağlı fikirlərini bölüşən rektor, 
								akademik İsa Həbibbəyli tələbələrin musiqi 
								hazırlığından, səhnə mədəniyyətindən  razılığını 
								ifadə etdi.  Qeyd olundu ki, artıq fakültənin 
								fortepiano musiqisi sahəsində ciddi 
								irəliləyişləri var və bu işdə  kafedranın 
								müdiri, Azərbaycan Resrublikasının əməkdar 
								mədəniyyət işçisi, dosent Səidə Məmmədovanın, 
								eləcə də Natəvan Qədimova, Nərminə Qədimova, 
								Nazilə Qardaşbəyova, Vidadi Heydərov, Solmaz 
								Axundova, Xalubər Namazova kimi peşəkar 
								müəllimlərin rolu əvəzolunmazdır. Rektor müəllim 
								və tələbələrə gələcəkdə repertuarlarını 
								genişləndirərək türk dünyasının da tanınmış 
								bəstəkarlarının əsərlərinə  geniş  yer  ayırmağı 
								tövsiyə  etdi.    
								
								
								Nərmin CƏFƏROVA   | 
								  |