| 
								 
								
								Bakıdakı  36 nömrəli orta məktəbin VIII "A"  
								sinfində ingilis dilində "Vacib peşələr" 
								mövzusunda intel proqramı ilə "açıq dərs" 
								keçirildi.  Dərsdə  kartoçka sistemindən 
								istifadə olundu.  Dörd qrupda təmsil olunan 
								şagirdlər 44 sənət, peşə adını öyrəndilər. 
								Lətifələr, şeirlər, tapmacalar, atalar sözlərini 
								də ingilis dilində söyləyən şagirdlər həmçinin 
								müxtəlif oyunlar da oynadılar.  
								
								
								Qruplar özləri aralarında müzakirələr apararaq 
								cavablara görə qiymət verdilər.  
								
								
								Məktəb direktoru və müəllimlər "açıq dərs"in 
								yüksək səviyyədə keçirildiyini, müəllimin işinin 
								öhdəsindən  peşəkarlıqla gəldiyini bildirdilər. 
								
								
								İngilis dili müəllimi Aynur Abbasova isə dərsin 
								yaxşı alınmasını şagirdlərin  güclü  olması ilə 
								əlaqələndirdi.   
								
								
								Rəşad ZİYADOV  |