| 
								 
								
								Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında şimal rayonlarının (Xızı, Siyəzən, 
								Xaçmaz, Şabran, Quba və  Qusar) keyfiyyət və 
								müvəffəqiyyət göstəriciləri aşağıdakı cədvəldə 
								verilmişdir. 
								
									
										|   | 
										
										
											
												| 
												
												SN | 
												
												
												Rayon | 
												
												
												Keyfiyyət faizi | 
												
												
												SN | 
												
												
												Rayon | 
												
												
												Müvəffəqiyyət faizi | 
											 
											
												| 
												
												1 | 
												
												
												Xızı | 
												
												
												56.39 | 
												
												
												1 | 
												
												
												Xızı | 
												
												
												81.60 | 
											 
											
												| 
												
												2 | 
												
												
												Siyəzən | 
												
												
												44.33 | 
												
												
												2 | 
												
												
												Xaçmaz | 
												
												
												51.68 | 
											 
											
												| 
												
												3 | 
												
												
												Xaçmaz | 
												
												
												40.92 | 
												
												
												3 | 
												
												
												Şabran | 
												
												
												51.52 | 
											 
											
												| 
												
												4 | 
												
												
												Şabran | 
												
												
												40.35 | 
												
												
												4 | 
												
												
												Siyəzən | 
												
												
												49.87 | 
											 
											
												| 
												
												5 | 
												
												
												Quba | 
												
												
												40.07 | 
												
												
												5 | 
												
												
												Quba | 
												
												
												46.03 | 
											 
											
												| 
												
												6 | 
												
												
												Qusar | 
												
												
												37.00 | 
												
												
												6 | 
												
												
												Qusar | 
												
												
												43.92 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								 Cədvəldən göründüyü kimi, keyfiyyət 
								göstəricisinə görə ilk yeri Xızı, son yeri isə 
								Qusar rayonu tutur. Bu nömrədə biz Xızı və Qusar 
								rayonları ümumtəhsil məktəblərinin keyfiyyət 
								göstəricilərinə görə nəticələri, bu nəticələrin 
								keçən il ilə müqayisəli təhlili, keyfiyyət və 
								müvəffəqiyyət göstəricilərinin qarşılıqlı 
								vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə 
								səviyyəsi barədə məlumatları oxuculara təqdim 
								edirik.  
								
								
								2009-2010-cu dərs ilində Xızı rayonunun 8 tam 
								orta ümumtəhsil məktəblərində 164 şagird təhsil 
								almışdır. Onların 163 nəfəri (99,39%) buraxılış 
								imtahanlarında iştirak etmiş və 160 nəfəri 
								(98,16%) yekun nəticəyə görə attestat almışdır. 
								Buraxılış imtahanlarında iştirak edən 163 
								şagirddən  97 nəfəri oğlanlar, 66 nəfəri isə 
								qızlardır. Şagirdlərin hamısı Azərbaycan 
								bölməsində təhsil almışdır. Rayon üzrə  bütün 
								fənlərdən "5" və yaxud "2"  qiymət alan şagird 
								yoxdur. Rayonun  Fındağan kənd orta məktəbindən 
								12 şagirdə (7,36%) xarici dil tədris olunmur.
								 
								
								
								2009-2010-cu dərs ilində Qusar rayonunun 47 tam 
								orta ümumtəhsil məktəblərində 1161 şagird təhsil 
								almışdır. Onların 1152 nəfəri (99,22%) buraxılış 
								imtahanlarında iştirak etmiş və 921 nəfəri 
								(79,95%) yekun nəticəyə görə attestat almışdır. 
								Buraxılış imtahanlarında iştirak edən 1152 
								şagirddən  598 nəfəri oğlanlar, 554 nəfəri isə 
								qızlardır. Şagirdlərin 773-ü Azərbaycan 
								bölməsinin, 379 nəfəri isə rus bölməsinin 
								şagirdidir. Rayon üzrə bir şagird (Qusar şəhər 3 
								nömrəli məktəbdən) bütün fənlərdən "5" qiymət, 3 
								nəfər şagird (Samur, Kuzun, Quxur oba  kənd orta 
								məktəblərinin hərəsindən bir nəfər) isə bütün 
								fənlərdən "2" qiymət almışdır. Rayonun 9 
								məktəbində (19,15%) şagird sayı 10 nəfərdən 
								azdır. Rayon üzrə Qənərçay, Şirvanovka, Xuray, 
								Yuxarı Zeyxur, Zindan Muruq və Əcəxur kənd orta 
								məktəblərində 92 şagirdə (7,99%) xarici dil 
								tədris olunmur.  
								
								
								Xızı rayonunun səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin respublika üzrə göstəricilərlə 
								müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. 
								Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət 
								göstəriciləri respublika üzrə göstəricilərdən 
								yuxarıdır. 
								
								  
								
								Qusar rayonunun səkkiz fənn üzrə göstəriciləri 
								isə respublika üzrə göstəricilərlə müqayisədə 
								aşağıdır. Bu, aşağıdakı diaqramdan da aydın 
								görünür.  
								
								  
								
								
								2008-2009 və 2009-2010-cu dərs illərində 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında Xızı rayonunun səkkiz fənn üzrə  
								keyfiyyət göstəricilərinin müqayisəli təhlili 
								aşağıdakı diaqramda verilmişdir: 
								
								  
								
								
								Ana dili, fizika, biologiya fənlərindən az da 
								olsa geriləmənin olduğuna baxmayaraq, əksinə 
								riyaziyyat, Azərbaycan tarixi, kimya, coğrafiya 
								və xarici dil fənlərindən yüksəlişin olduğu 
								nəzərə çarpır. Ümumilikdə rayonun yekun 
								keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə 
								nisbətən  54,02%-dən 56,70%-ə qalxaraq 2,68% 
								artmışdır. 
								
								
								2008-2009 və 2009-2010-cu dərs illərində 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında səkkiz fənn üzrə  Qusar rayonunun 
								keyfiyyət göstəricilərinin müqayisəli təhlili 
								isə aşağıdakı diaqramda verilmişdir: 
								
								  
								
								
								Göründüyü kimi, fizika fənnindən az da olsa 
								geriləmənin olduğuna baxmayaraq, əksinə ana dili, 
								riyaziyyat, Azərbaycan tarixi, kimya, coğrafiya, 
								biologiya və xarici dil fənlərindən yüksəlişin 
								olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun 
								keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə 
								nisbətən  33,34%-dən 37,03%-ə qalxaraq 3,69% 
								artmışdır.  
								
								
								
								2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında Xızı 
								rayonunun fənlər üzrə yekun göstəriciləri 
								
								  
								
								
								Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda 
								rayonda Azərbaycan tarixi, riyaziyyat və 
								coğrafiya fənlərinin digər fənlərə nisbətən daha 
								yaxşı tədris olunduğu müşahidə olunur.   
								
								
								
								2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								Qusar rayonunun fənlər üzrə yekun göstəriciləri 
								
								  
								
								
								Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda 
								rayonda kimya, riyaziyyat və coğrafiya 
								fənlərinin digər fənlərə nisbətən daha yaxşı 
								tədris olunduğu müşahidə olunur.  
								
								
								Xızı rayonu tam orta ümumtəhsil məktəblərinin 
								buraxılış imtahanlarının nəticələrinə görə 
								keyfiyyət və reytinq göstəricilərinin müqayisəli 
								təhlili aşağıdakı cədvəldə verilmişdir:  
								
								
								
								Cədvəldən göründüyü kimi, Yeni Yaşma kənd orta 
								məktəbi reytinq cədvəlində 6-cı yeri tutduğu 
								halda, keyfiyyət cədvəlində həmin məktəb 4-cü 
								yeri tutur. Bu isə o deməkdir ki, Yeni Yaşma 
								kənd orta məktəbinin şagirdləri daha çox suala 
								düzgün cavab verərək yüksək qiymətlər alıblar. 
								Əksinə,  Xızı qəsəbə R.İsmayılov adına orta 
								məktəb reytinq cədvəlində 3-cü yeri tutduğu 
								halda, keyfiyyət cədvəlində həmin məktəb 5-ci 
								yeri tutur. 
								
								
								Keyfiyyət göstəricisinə görə, məktəblərin 
								sıralanmasında ilk və son yerləri tutan 
								məktəblərin göstəriciləri  aşağıdakı kimidir: 
								
								
								Altıağac qəsəbə A.Abdullayev adına orta 
								məktəbdən 9 şagird buraxılış imtahanlarında 
								iştirak etmiş və orta statistik şagird ana 
								dilindən 14,56 suala  (58,22%), riyaziyyatdan 
								16,89 suala (67,56%), Azərbaycan tarixindən 
								10,44 suala  (69,63%), fizikadan 5,00 suala 
								(50,00%), kimyadan 6,33 suala  (63,33%), 
								biologiyadan 6,33 suala  (63,33%), coğrafiyadan 
								6,56 suala  (65,56%), xarici dildən isə 7,56 
								suala (50,37%) düzgün cavab vermişdir. 
								 
								
								
								Fındığan kənd orta məktəbindən 12 şagird 
								buraxılış imtahanlarında iştirak etmiş və orta 
								statistik şagird ana dilindən 12,58 suala  
								(50,33%), riyaziyyatdan 13,33 suala  (53,33%), 
								Azərbaycan tarixindən 8,83 suala (58,89%), 
								fizikadan 4,92 suala  (49,17%), kimyadan 5,17 
								suala  (51,67%), biologiyadan 5,17 suala 
								(51,67%), coğrafiyadan isə 5,58 suala  (55,83%) 
								düzgün cavab vermişdir. Fındığan kənd orta 
								məktəbində xarici dil tədris olunmur. 
								
								
								Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon 
								göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı 
								qrafiklərdə  daha aydın görünür.  
								
								
								
								Xızı rayonu və Altıağac qəsəbə orta məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								
								
								
								Xızı rayonu və Fındığan kənd orta məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								
								
								Qusar rayonu tam orta ümumtəhsil məktəblərinin 
								buraxılış imtahanlarının nəticələrinə görə 
								keyfiyyət və reytinq göstəricilərinin müqayisəli 
								təhlili aşağıdakı cədvəldə verilmişdir: 
								
								
								
								Cədvəldən göründüyü kimi, Qusar şəhər 6 nömrəli 
								orta məktəbi reytinq cədvəlində 11-ci yeri 
								tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 
								4-cü yeri tutur. Bu isə o deməkdir ki, həmin 
								məktəbin şagirdləri daha çox suala düzgün cavab 
								verərək yüksək qiymətlər alıblar. Əksinə,  Piral 
								kənd orta məktəbi reytinq cədvəlində 2-ci yeri 
								tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 
								8-ci yeri tutur. 
								
								
								Keyfiyyət göstəricisinə görə, məktəblərin 
								sıralanmasında ilk və son yerləri tutan 
								məktəblərin göstəriciləri  aşağıdakı kimidir: 
								
								
								Qusar şəhər 1 nömrəli orta məktəbindən 31 şagird 
								buraxılış imtahanlarında iştirak etmiş və orta 
								statistik şagird Ana dilindən 11,94 suala  
								(47,74%), riyaziyyatdan 13,32 suala  (53,29%), 
								Azərbaycan tarixindən 7,65 suala  (50,97%), 
								fizikadan 5,10 suala  (50,97%), kimyadan 5,77 
								suala  (57,74%), biologiyadan 5,10 suala  
								(50,97%), coğrafiyadan 5,42 suala  (54,19%), 
								xarici dildən isə 7,35 suala  (49,03%) düzgün 
								cavab vermişdir.  
								
								
								Qənərşay kənd orta məktəbindən 4 şagird 
								buraxılış imtahanlarında iştirak etmiş və orta 
								statistik şagird Ana dilindən 4,00 suala  
								(16,00%), riyaziyyatdan 3,75 suala  (15,00%), 
								Azərbaycan tarixindən 1,75 suala (11,67%), 
								fizikadan 2,00 suala  (20,00%), kimyadan 1,25 
								suala (12,50%), biologiyadan 2,75 suala  
								(27,50%), coğrafiyadan isə 1,00 suala  (10,00%) 
								düzgün cavab vermişdir. Qənərçay kənd orta 
								məktəbində xarici dil tədris olunmur. 
								
								
								Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon 
								göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı 
								qrafiklərdə  daha aydın görünür.  
								
								
								
								Qusar rayonu və Qusar şəhər 1 nömrəli orta 
								məktəbinin səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəli təhlili 
								
								  
								
								
								
								Qusar rayonu və Qənərçay kənd orta məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								
								
								
								Xızı rayonu ümumtəhsil məktəblərində 8 fənnin 
								əlamətlər üzrə keyfiyyət göstəriciləri 
								
								  
								
								
								Cədvəldən göründüyü kimi, orta statistik şagird 
								rayon üzrə Ana dili fənnindən sualların 
								54,63%-nə düzgün cavab vermişdir. Qızların 
								düzgün cavabları 56,00%, olmuşdur, bu da rayon 
								göstəricisindən yuxarıdır. Əksinə, oğlanların 
								göstəriciləri rayon göstəricisindən aşağıdır. 
								Aşağıdakı diaqramda oğlanların və qızların 
								səkkiz fənn üzrə keyfiyyət göstəricisinin 
								müqayisəsi verilmişdir. Göründüyü kimi, 
								riyaziyyatdan  başqa bütün  fənlərdən qızların 
								keyfiyyət göstəriciləri oğlanların keyfiyyət 
								göstəricilərindən daha yaxşıdır. 
								
								  
								
								
								
								Qusar rayonu ümumtəhsil məktəblərində 8 fənnin 
								əlamətlər üzrə keyfiyyət göstəriciləri 
								
								  
								
								
								Cədvəldən göründüyü kimi, orta statistik şagird 
								rayon üzrə Ana dili fənnindən sualların 
								35,66%-nə düzgün cavab vermişdir. Qızların 
								düzgün cavabları 38,99%, rus bölməsinin düzgün 
								cavabları isə 39,16% olmuşdur, bu da rayon 
								göstəricisindən yuxarıdır. Əksinə, Azərbaycan 
								bölməsinin və oğlanların göstəriciləri rayon 
								göstəricisindən aşağıdır. Aşağıdakı diaqramda 
								oğlanların və qızların səkkiz fənn üzrə 
								keyfiyyət göstəricisinin müqayisəsi verilmişdir. 
								Göründüyü kimi,  bütün  fənlərdən qızların 
								keyfiyyət göstəriciləri oğlanların keyfiyyət 
								göstəricilərindən daha yaxşıdır. 
								
								  
								
								
								Azərbaycan və rus bölmələri üzrə keyfiyyət 
								göstəricilərinə nəzər saldıqda  aydın görünür ki, 
								Azərbaycan bölməsinin şagirdləri yalnız  xarici 
								dil fənnindən yüksək göstəriciyə malikdirlər, 
								qalan bütün fənlərdən isə rus bölməsinin 
								keyfiyyət göstəriciləri  daha yaxşıdır. 
								
								  
								
								
								Xızı rayonunda 2008-2009 və 2009-2010-cu dərs 
								illərində səkkiz fənni qiymətlər üzrə müqayisə 
								etdikdə "2" qiymət alanların faiz 
								göstəricilərinin ana dilindən 0,05%, kimyadan 
								1,27%, coğrafiyadan 0,72%  və xarici dildən 
								1,42% artdığını görmək olar. Lakin "2" qiymət 
								alanların sayı Azərbaycan tarixindən 0,57%, 
								riyaziyyatdan 4,12%, fizikadan 2,85%, 
								biologiyadan 1,05%, artmışdır. Ümumiyyətlə, "2" 
								qiymət alanların artım faizlərinin yüksək olması 
								öz növbəsində keçən il ilə müqayisədə 
								müvəffəqiyyət faizinin 1,24% aşağı düşməsinə 
								səbəb olmuşdur. Belə ki, 2008-2009-cu dərs 
								ilində 171 şagirddən 169 nəfəri imtahanlarda 
								iştirak etmiş və bunlardan 140-ı, yəni 82,84%-i, 
								2009-2010-cu dərs ilində isə 164 şagirddən 163 
								nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 
								133-ü, yəni 81,60%-i müvəffəqiyyət qazanmışdır. 
								Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə 
								görə də iki ilin müqayisəli təhlilini aparmaq 
								olar.  
								
								
								
								Qusar rayonunda 2008-2009 və 2009-2010-cu dərs 
								illərində səkkiz fənni qiymətlər üzrə müqayisə 
								etdikdə "2" qiymət alanların faiz 
								göstəricilərinin ana dilindən 5,99%, 
								riyaziyyatdan 10,52%, Azərbaycan tarixindən 
								6,10%, kimyadan 5,20%, biologiyadan 4,92%, 
								coğrafiyadan 5,90% və xarici dildən 0,06% 
								azaldığını, fizikadan isə 0,11% artdığını görmək 
								olar. Ümumiyyətlə, yeddi fəndən "2" qiymət 
								alanların sayının azalması öz növbəsində keçən 
								il ilə müqayisədə müvəffəqiyyət faizinin 10,99% 
								artmasına səbəb olmuşdur. Belə ki, 2008-2009-cu 
								dərs ilində 1338 şagirddən 1330 nəfəri 
								imtahanlarda iştirak etmiş və bunlardan 438-i, 
								yəni 32,93%-i, 2009-2010-cu dərs ilində isə 1161 
								şagirddən 1152 nəfəri imtahanlarda iştirak etmiş 
								və bunlardan 506-ı, yəni 43,92%-i müvəffəqiyyət 
								qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər 
								qiymətlərə görə də iki ilin müqayisəli təhlilini 
								aparmaq olar. 
								
								
								
								Nadir MƏMMƏDOV, 
								Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə 
								şöbəsinin  
								aparıcı məsləhətçisi  | 
								  |