| 
								 Naxçıvan 
								Dövlət Universitetində 20 Yanvar faciəsinə həsr 
								olunmuş mərasim keçirildi. Tədbirdə öncə 
								Azərbaycan xalqının milli müstəqilliyi uğrunda 
								qurban getmiş şəhidlərin ruhu dərin ehtiramla 
								yad edildi.  
								Giriş sözü 
								ilə çıxış edən rektor, akademik İsa Həbibbəyli 
								20 Yanvarı Azərbaycan xalqının milli azadlıq 
								hərəkatı və müstəqillik tarixinin şanlı 
								səhifəsi, milli şərəf və ləyaqət məktəbi kimi 
								səciyyələndirdi. Millət vəkili bu tarixin 
								işğalçı sovet imperiyasının məhvinə xitam 
								verdiyini, bütövlükdə zülmə, əsarətə qarşı 
								mübarizə rəmzinə çevrildiyini xatırlatdı. 
								Xalqımıza qarşı törədilmiş qanlı terror aktına 
								siyasi-hüquqi qiymət verilməsində ümummilli 
								lider Heydər Əliyevin müstəsna xidmətlərindən 
								bəhs edildi.  
								Çıxış 
								edənlər bu hadisələrə ümummilli lider Heydər 
								Əliyevin ilk dəfə 1994-cü ildə siyasi qiymət 
								verməsindən, ölkə başçısı İlham Əliyevin 
								Azərbaycan həqiqətlərinin dünyada təbliği 
								istiqamətində gördüyü işlərdən danışaraq 
								bildirdilər ki, bu faciənin səbəbkarları gec-tez 
								beynəlxalq tribuna qarşısında ittiham olunacaq, 
								layiqli cəzalarını alacaqlar.  
								Tədbirdə 20 
								Yanvar faciəsinə həsr olunmuş videofilm nümayiş 
								etdirildi.   
								
								
								
								Mehriban SULTAN  |