| 
								 Yanvarın 
								15-də Təhsil Nazirliyində Ümumi şöbənin və 
								Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin 
								2010-cu ildə görülmüş işlərə dair hesabatları 
								dinlənildi. 
								
								 Ümumi 
								şöbənin müdir müavini Hicran Məmmədova şöbənin 
								əsas fəaliyyət istiqamətləri, strukturu, 
								əməkdaşlar arasında vəzifə bölgüsü haqqında 
								məlumat verdi. Sonra ötən il ərzində görülən 
								işlər diqqətə çatdırıldı. 
								Qeyd olundu 
								ki, 2010-cu ildə Təhsil Nazirliyinə ümumilikdə 
								51552 sənəd daxil olmuşdur. Onların 23600-ü 
								ərizə və şikayət, 27952-si məktubdur. Təqdimatda 
								ərizələrin təşkilatlar üzrə bölgüsü, struktur 
								bölmələr üzrə paylanması, şəhər və rayonlar üzrə 
								daxilolma göstəriciləri, 2010-cu ildə icra 
								olunan nəzarət xarakterli məktublar və s. 
								haqqında məlumatları əks etdirən slaydlar 
								nümayiş etdirildi. 
								Hesabat 
								dövründə vətəndaşların qəbulu vəziyyətindən 
								danışan H.Məmmədova bildirdi ki, ötən il 
								nazirlikdə 7251 nəfər qəbul edilmiş, 4758 
								müraciət cavablandırılmışdır. 
								Ümumi 
								şöbənin müdir müavini daha sonra mövcud 
								problemlərdən söz açdı və 2011-ci ildə qarşıda 
								duran vəzifələri diqqətə çatdırdı. 
								Sonra 
								Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı 
								Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirovun  
								hesabatı təqdim olundu. Çıxışda Nazirlər 
								Kabinetinin 5 may 2004-cü il qərarı ilə 
								yaradılmış idarənin əsas vəzifələri diqqətə 
								çatdırıldı. 
								Hesabatdan 
								aydın oldu ki, ötən il 27 yeni məktəb və 1 
								məktəbdə 840 şagird yerlik əlavə korpus tikilib 
								istifadəyə verilmiş, 7 tədris müəssisəsində 
								bərpa-gücləndirmə və əsaslı təmir işləri 
								aparılmışdır. Ümumtəhsil məktəblərinin və uşaq 
								bağçalarının təmiri və yenidən qurulması işləri 
								üçün 20,65 milyon manat vəsait ayrılmış, 388 
								obyekt, o cümlədən 356 məktəb və 32 uşaq bağçası 
								təmir edilmişdir. Respublika üzrə 2011-ci ildə 
								təhvil veriləcək 24 yeni məktəbin və 1 məktəbdə 
								560 şagird yerlik korpusun tikintisinə 
								başlanmışdır və s. 
								Təqdimatda 
								ümumtəhsil məktəblərinin tədris avadanlıqları 
								ilə təminatı, məktəbəqədər təhsilin 
								yeniləşdirilməsi, şahmatın və texniki peşə 
								təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramları 
								çərçivəsində görülmüş işlər barədə də ətraflı 
								məlumat verildi. 
								Yanvarın 
								17-də Nazirlik Aparatının hesabatı dinlənildi. 
								Təhsil Nazirliyi Aparatının rəhbəri İlham 
								Pirməmmədov öncə əsas fəaliyyət istiqamətləri, 
								struktur, əməkdaşların vəzifə bölgüsü haqqında 
								məlumat verdi. 
								
								İ.Pirməmmədov görülən işlərlə bağlı bildirdi ki, 
								hesabat ili ərzində Təhsil Qanununa uyğun olaraq 
								40-a yaxın normativ-hüquqi sənədin layihəsinin 
								hazırlanması, müzakirəsi və digər aidiyyəti 
								nazirliklərlə razılaşdırılması təşkil 
								olunmuşdur. Prezident Aparatından 30-a yaxın, 
								Nazirlər Kabinetindən isə 70-ə yaxın sənədin 
								digər şöbələrlə birlikdə icrası təşkil olunmuş 
								və icranın nəticəsi barədə müvafiq qurumlara 
								məlumat verilmişdir. Ötən il Təhsil Nazirliyinin 
								6 kollegiya iclası keçirilmişdir. Aparatın 
								əməkdaşları vətəndaşların qəbulunun təşkilində 
								yaxından iştirak etmiş, nəticədə 3500-ə yaxın 
								vətəndaşın məsələsi həll olunmuş, digərlərinə 
								isə müvafiq izahat verilmişdir. 
								Təqdimatda 
								daha sonra özəl təhsil müəssisələrində vahid 
								dövlət siyasətinin həyata keçirilməsinə və 
								təhsil qanunvericiliyinin icrasına nəzarət, 
								saxta təhsil sənədlərinin aşkar olunması və 
								onların mövcud qaydada ləğvi, müxtəlif tender 
								prosedurlarının təşkili və icrasına nəzarət, 
								"Təhsil tarixi" kitabının yazılması və 
								"Azərbaycan milli maarifinin korifeyləri" 
								layihəsinin icrası istiqamətlərində görülən 
								işlərdən bəhs olundu. 
								Məruzəçi 
								2011-ci ildə işlərin hesabatın əvvəlində 
								göstərilən əsas fəaliyyət istiqamətlərinə uyğun 
								davam etdiriləcəyini qeyd etdi. 
								Həmin 
								iclasda daha sonra Təhsil sənədlərinin tanınması 
								işi üzrə, Hüquq, Məktəbəqədər təhsil sektorları 
								və Xüsusi şöbənin illik fəaliyyətlərinə dair 
								hesabatlar təqdim olundu. İlham Pirməmmədov 
								həmin təqdimatlarda diplomların tanınması ilə 
								bağlı ümumi vəziyyət, 2010-cu ildə təhsil 
								sənədlərinin uçotu, məktəbəqədər təhsil 
								sektorunun əsas vəzifələri, funksiyaları və s. 
								haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, 
								il ərzində 4 yeni uşaq bağçası inşa edilmiş, 
								6-sı əsaslı təmir olunmuş, 32 müəssisədə cari 
								təmir işləri aparılmışdır. Təhsil Nazirliyinin 
								sifarişinə əsasən "Şərq-Qərb" ASC tərəfindən 39 
								adda müxtəlif təlim vəsaitləri hazırlanaraq 
								ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinə 
								paylanmışdır. 
								Yanvarın 
								18-də Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə 
								şöbəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								hesabatları dinlənildi. 
								
								İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram 
								Hüseynzadə təqdimatında öncə şöbənin yaranma 
								tarixi, strukturu, əsas vəzifələri, fəaliyyət 
								istiqamətləri və əməkdaşların vəzifə bölgüsü 
								haqqında məlumat verdi. 
								Görülən 
								işlərdən söz açan şöbə müdiri ötən il 200-ə 
								yaxın tədbirdə media nümayəndələrinin 
								iştirakının təmin olunduğunu, mətbuat 
								konfranslarının keçirildiyini, nazirliyin 30-dan 
								çox əməkdaşının, tanınmış təhsil 
								mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin 
								müxtəlif televiziya və radio verilişlərində 
								iştirak etdiyini, onların 450-yə yaxın 
								müsahibəsinin təşkil olunduğunu, rəsmi məlumat, 
								press-reliz və təqdimatların kütləvi informasiya 
								vasitələrinə çatdırıldığını və s. diqqətə 
								çatdırdı. Hesabatda daha sonra Təhsil Nazirliyi 
								və Mətbuat Şurasının 2010-cu ildə imzaladığı 
								KİV-lə əməkdaşlığın daha da təkmilləşdirilməsinə 
								dair Fəaliyyət Planına əsasən həyata keçirilən 
								tədbirlərlə bağlı ətraflı məlumat verildi. 
								Çıxışında jurnalistlər arasında keçirilən 
								yazı-müsabiqəsi, Təhsil Sektorunun İnkişafı üzrə 
								İkinci Layihə  çərçivəsində görülmüş işlər, 
								Təhsil Nazirliyinin rəsmi İnternet saytından 
								bəhs edən B.Hüseynzadə nəinki ölkəmizdə, hətta 
								xarici ölkələrdə də bu sayta böyük maraq 
								göstərildiyini vurğuladı və saytın "Milli 
								Net-2010" müsabiqəsinin qalibi olduğunu 
								xatırlatdı. Şöbə müdiri "Azərbaycan müəllimi" 
								qəzetində son illər edilən dəyişikliklər 
								haqqında məlumat verdi və rəhbərlik etdiyi 
								qəzetin yeni İnternet saytının istifadəyə 
								verildiyini, bu mətbu orqanının çapa 
								hazırlanmasında İKT-nin imkanlarından geniş 
								istifadə olunduğunu bildirdi. 
								Yanvarın 
								19-da Təhsil Problemləri İnstitutu və Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun hesabatları 
								dinlənildi. Öncə çıxış edən TPİ-nin direktoru, 
								professor Abdulla Mehrabov müəssisənin yaranma 
								tarixindən danışdı və qarşıya qoyulan əsas 
								vəzifələri diqqətə çatdırdı. 
								Təqdimatda 
								institutda fəaliyyət göstərən mərkəzlər, bu 
								mərkəzlərin hər birinin strukturu və tədqiqat 
								istiqamətləri haqqında ətraflı məlumat verildi. 
								Hesabatdan 
								aydın oldu ki, 2010-cu ildə institutda 13 
								problem sahəni əhatə edən 71 mövzu üzrə 
								araşdırmalar aparılmış, onlardan 4 problem 
								sahəni əhatə edən 8 mövzu üzrə işlər 
								tamamlanmış, bu işlərin hamısının nəticələri 
								ümumiləşdirilərək tətbiq üçün təhsil 
								müəssisələrinə göndərilmişdir. TPİ-də çalışan 
								224 nəfərdən 167-si elmi işçidir. Onlardan 17 
								nəfəri elmlər doktoru, professor, 56 nəfəri 
								pedaqogika və psixologiya üzrə fəlsəfə doktoru, 
								95 nəfəri yüksək ixtisaslı mütəxəssisdir. 
								TPİ-nin 
								direktoru hesabat ili ərzində institutun 
								əməkdaşları tərəfindən aparılan tədqiqat 
								işlərinin nəticələri əsasında çox sayda 
								monoqrafiya, dərslik və əsər nəşr olunduğunu 
								bildirdi. 
								Hesabatın 
								sonunda 2010-cu ildə instituta daxil olmuş 
								məktublar və ərizələr haqqında məlumat verildi. 
								Sonra Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun rektoru, 
								professor Asəf Zamanov 2010-cu ildə görülən 
								işlərə dair hesabatla çıxış etdi. 
								Təqdimatda 
								institutun strukturu, professor-müəllim heyəti, 
								fəaliyyət istiqamətləri, digər təşkilat və 
								qurumlarla əməkdaşlıq əlaqələri haqqında məlumat 
								verildi. 
								Hesabatdan 
								aydın oldu ki, ötən il institutun Elmi Şurasının 
								11 iclası keçirilmişdir. "İKT-nin köməyi ilə 
								tədris prosesinin təşkili" mövzusunda keçirilən 
								kurslara, ümumilikdə 726 müdavim cəlb olunmuş, 
								onlardan 611 nəfəri kursları uğurla bitirmiş və 
								müvafiq sertifikatla təmin olunmuşdur. 
								Beynəlxalq əlaqələrdən söz açan A.Zamanov 
								diqqətə çatdırdı ki, institut Fransanın 
								Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzi, 
								Parisdəki Texniki İncəsənət Konservatoriyası, 
								Versalda fəaliyyət göstərən Fransa Milli Təhsil 
								Menecerləri Kolleci, Volqoqrad Təhsil 
								İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma 
								Akademiyası və Latviyanın Sosial İş və Sosial 
								Pedaqogika ali məktəbi ilə əməkdaşlıq edir. 
								Qeyd olundu 
								ki, aparılmış müzakirələrin nəticəsi olaraq 
								2010-cu ildə Qazaxıstan Elm və Təhsil 
								Nazirliyinin Milli Akkreditasiya Mərkəzi ilə 
								əməkdaşlığa dair müqavilə imzalanmışdır. Hazırda 
								Qazaxıstan Respublika İxtisasartırma İnstitutu 
								ilə əməkdaşlığa dair hazırlıq işləri görülür. 
								Təqdimatda 
								daha sonra elmi konfranslar, tədbirlər, 
								institutun mətbu orqanları, nəşrlər, 
								kitabxananın fəaliyyəti və s. məsələlərdən bəhs 
								olundu və 2011-ci ildə görüləcək işlər diqqətə 
								çatdırıldı. 
								İclasın 
								sonunda təhsil naziri Misir Mərdanov ayın 
								əvvəlindən başlayaraq verilən hesabatların artıq 
								başa çatdığını qeyd edərək bu işin nazirliyin 
								struktur bölmələrinin gələcək fəaliyyətinə 
								müsbət təsir göstərəcəyinə inandığını bildirdi. 
								
								
								
								Hicran ƏKBƏROVA  |