| 
								 
								 Bakıdakı 
								276 nömrəli orta məktəbdə  20 Yanvar faciəsinə 
								həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş 
								sözü ilə  açan məktəbin direktoru Bəhram Şiriyev 
								bildirdi ki, bu gün  20 Yanvar faciəsindən 21 
								il  keçir. Ona görə də  bura Azərbaycan  
								şəhidlərinin xatirəsini yad etmək üçün 
								yığışmışıq. Məktəbimizin şagirdləri  bu qanlı 
								faciəni görməyiblər, biz yaşlı insanlar isə bu 
								hadisələri gözlərimizlə görmüşük və o günləri 
								yaşamışıq. 
								Bildirildi 
								ki, vaxt keçəcək, zaman dəyişəcək, bu deyilənlər 
								böyük bir tarixə çevriləcək, ancaq Azərbaycan 
								şəhidləri heç zaman   unudulmayacaqlar. 
								Bu gün 
								müəllimlərimiz fəxr edirlər   ki, onların dərs 
								dedikləri şagirdlər   Azərbaycanın müstəqilliyi 
								və  torpaqlarımızın  müdafiəsi uğrunda mərdliklə 
								vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə 
								ucalan qəhrəmanlar isə heç vaxt ölmürlər, onlar 
								həmişə ürəklərdə yaşayırlar. 
								
								 Tədbirdə  
								müəllimlərdən Yusif Qazıyev, Nüşabə İbrahimova,  
								məktəb üzrə VMA-nın sədri  Qəmzə Yusifova  və 
								digər çıxış edənlər  də 1990-cı ilin qanlı 
								Yanvar hadisələrindən söz açdılar və  o vaxtkı 
								sovet rəhbərlərinin törətdiyi bu qanlı cinayət 
								aksiyasının xalqımızın milli azadlıq hərəkatını 
								boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə 
								haqq səsimizi susdurmağa çalışan antihumanist 
								siyasətinin acı nəticəsi  olduğunu qeyd etdilər.
								 
								Şagirdlər  
								şəhidlərə həsr olunmuş şeirlər söylədilər,  
								kompozisiya nümayiş etdirdilər. Sonra tədbir 
								iştirakçıları Şəhidlər xiyabanına gedərək   
								şəhidlərin məzarı önünə  gül dəstələri qoydular. 
								  
								
								
								
								Şakir CƏFƏROV  |