| 
								 Bakıdakı 5 
								nömrəli orta məktəbdə  Almaniyanın Konrad 
								Adenauer Fondu  Təhsil Nazirliyi ilə  birgə 
								Avropa Birliyinin maliyyə dəstəyi ilə   
								"Demokratiya  sizinlə başlayır" 3 illik Regional 
								layihənin ilk dörd günlük simulyasiya oyununun  
								yekun mərhələsini başa çatdırıb.  Layihə ilə 
								bağlı keçirilən tədbirdə  millət vəkili Asim 
								Mollazadə, Nəsimi Rayon Bələdiyyəsinin  sədri 
								Natiq  Abbasov və digər qonaqlar da  iştirak 
								ediblər. 
								"DEMOCRACÜ 
								STARTS  WITN ÜOU" layihəsinin  milli 
								əlaqələndiricisi Mehriban Rəhimli öncə Bakıda 7 
								pilot məktəbində bu cür layihənin həyata 
								keçirilməsini  qeyd edib  və  tədbirin  
								məktəblilər  üçün əhəmiyyətindən danışıb. 
								Məktəbdə 
								simulyasiya oyununda 30 nəfər seçilmiş X sinif 
								şagirdi onları narahat edən mərkəzi mövzunu 
								səsvermə yolu ilə seçiblər. Növbəti gün isə 
								demokratiya və Azərbaycan gəncliyi ilə bağlı 
								şagirdləri maraqlandıran mövzu ətrafında maraqlı 
								diskussiya keçirilib. 
								Şagirdlərə  
								layihənin uğurla həyata keçirilməsində fəal 
								iştirakına görə Almaniyanın Konrad Adenauer 
								Fondunun Cənubi Qafqaz Bölümünün rəhbəri Katya 
								Kristina  Plate tərəfindən imzalanmış sertifikat 
								təqdim  edilib.   
								
								
								
								Şakir CƏFƏROV  |