| 
								 
								 Mənalı 
								ömür yolu keçib həyatda öz məqsəd və amallarına 
								çatanlar doğrudan da xoşbəxt insanlardır. 
								Haqqında söhbət açacağım Şəmsəddin Ələkbər oğlu 
								Həsənov da belə insanlardan biridir. O, 1956-cı 
								ildə İmişli rayonunun Qaralar kəndində kolxozçu 
								ailəsində  anadan olub. 1980-ci ildən doğulub 
								boya-başa çatdığı Namiq Abbasov adına Qaralar 
								kənd orta məktəbində    riyaziyyat müəllimi 
								işləyir. Elmlərin açarı olan riyaziyyatı 
								şagirdlərə sevdirmək, keçdiyi  mövzuların onlar 
								tərəfindən dərindən mənimsənilməsinə nail olmaq 
								üçün Şəmsəddin müəllim dərslərini maraqlı 
								qurmağa çalışır, tədris prosesində müasir təlim 
								metodlarından, yeni texnologiyalardan geniş 
								istifadə edir. Məhz  onun nəticəsidir ki, onun 
								yetirmələri riyaziyyat üzrə müxtəlif   bilik  
								yarışlarında  yüksək  nəticələr  əldə  edirlər. 
								Şəmsəddin 
								müəllimi həm kənddə,  eləcə də rayonda   bir 
								ziyalı kimi hamı tanıyır və ona inanır. Çünki o, 
								yaxşı müəllim olmaqla  bərabər, həm də gözəl 
								ailə başçısıdır. 
								Şəmsəddin 
								Həsənov 2009-2010-cu dərs ilində rayon üzrə "Ən 
								yaxşı müəllim" adına layiq görülmüşdür. Həmçinin 
								pedaqoji fəaliyyətində qazandığı uğurlara görə  
								dəfələrlə Azərbaycan Təhsil İşçiləri Azad 
								Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin 
								fəxri fərmanı  ilə təltif edilmişdir. 
								Sənətinin 
								vurğunu olan Şəmsəddin müəllim yanvarın 21-də 
								ailəsi ilə birlikdə   55 yaşını qeyd  etməyə 
								hazırlaşır. Ad günündə ona ünvanlanan çoxsaylı 
								təbriklərə biz də  qoşularaq Şəmsəddin müəllimə 
								həyatda ən şirin nemət olan cansağlığı, şərəfli 
								və məsuliyyətli işində  uğurlar diləyirik.
								
								
								  
								
								
								Şakir CƏFƏROV   |