| 
								 
								Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında Sumqayıt şəhəri ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinə görə 
								nəticələri, bu nəticələrin keçən il ilə 
								müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət 
								göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif 
								fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.
								 
								
								2009-2010-cu dərs ilində şəhərin 48 tam orta 
								ümumtəhsil məktəbində 3582 şagird təhsil 
								almışdır. Onların 3563-ü (99,47%) buraxılış 
								imtahanlarında iştirak etmiş və 3405 nəfəri 
								(95.06%) yekun nəticəyə görə attestat almışdır. 
								Buraxılış imtahanlarında iştirak edən 3563 
								şagirddən  1722 nəfəri oğlan, 1841 nəfəri isə 
								qızdır. Şagirdlərin 3219-u Azərbaycan, 344 
								nəfəri isə rus bölməsinin şagirdidir. Sumqayıt 
								şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri 
								liseyindən 6, Sumqayıt şəhər Təbiət Elmləri 
								Təmayüllü Gimnaziyadan 5, Sumqayıt şəhər 
								"İstedad" məktəb-liseydən 3, ümumilikdə isə 
								Sumqayıt şəhəri üzrə 30 nəfər şagird bütün 
								fənlərdən "5" qiymət almışdır. Bütün fənlərdən 
								"2" qiymət alan şagird isə yoxdur. Aşağıdakı 
								cədvəldə respublika üzrə yekun keyfiyyət 
								göstəricisinə görə ilk 20 yeri tutan məktəblərin 
								siyahısı verilmişdir. Bu siyahıda Sumqayıt 
								şəhərinin üç məktəbi birinci onluqdadır. 
								
								Sumqayıt 
								şəhərinin səkkiz fənn üzrə göstəricilərinin 
								respublika üzrə göstəricilərlə müqayisəsi 
								aşağıdakı diaqramdan aydın görünür. Göründüyü 
								kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri 
								respublika üzrə keyfiyyət göstəricilərindən 
								yüksəkdir. 
								
								  2008-2009 
								və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								səkkiz fənn üzrə  Sumqayıt şəhər ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili aşağıdakı diaqramda 
								verilmişdir: 
								
								  
								
								
								Yalnız riyaziyyat fənnindən müəyyən yüksəlişin, 
								əksinə qalan bütün fənlərdən geriləmənin olduğu 
								nəzərə çarpır. Ümumilikdə, Sumqayıt şəhəri üzrə 
								yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs 
								ilinə nisbətən  3,84% aşağı düşmüşdür.  
								
								
								2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								fənlər üzrə yekun keyfiyyət göstəriciləri 
								  
								Fənlər üzrə 
								yekun göstəricilərə nəzər saldıqda Sumqayıt 
								şəhərində Azərbaycan tarixi, riyaziyyat və 
								coğrafiya fənlərinin digər fənlərə nisbətən daha 
								yaxşı tədris olunduğu müşahidə olunur. 
								Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan 
								tarixi, riyaziyyat, xarici dil fənlərindən 20 
								məktəbin (41,67%), ana dili, biologiya 
								fənlərindən 22 məktəbin (45,23%), fizika 
								fənnindən 25 məktəbin (52,08%), kimya fənnindən 
								26 məktəbin (54,17%) və coğrafiya fənnindən isə 
								27 məktəbin (56,25%) keyfiyyət göstəricisi şəhər 
								üzrə keyfiyyət göstəricisindən yüksəkdir. 
								 
								Sumqayıt 
								şəhərinin tam orta ümumtəhsil məktəblərinin 
								buraxılış imtahanlarının nəticələrinə görə 
								keyfiyyət və reytinq göstəricilərinin müqayisəli 
								təhlili aşağıdakı cədvəldə verilmişdir: 
								
								  
								
								Cədvəldən göründüyü kimi, Sumqayıt şəhər 4 və 38 nömrəli orta 
								məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 32 və 
								44-cü yerləri tutduqları halda, keyfiyyət 
								cədvəlində həmin məktəblər müvafiq olaraq 17 və 
								33-cü yerləri tuturlar. Bu isə o deməkdir ki, 
								həmin məktəblərin şagirdləri daha çox suala 
								düzgün cavab verərək yüksək qiymətlər alıblar. 
								Əksinə,  Sumqayıt şəhər 42 və 8 nömrəli orta 
								məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 7 və 
								8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət 
								cədvəlində həmin məktəblər müvafiq olaraq 30 və 
								24-cü yerləri tuturlar. 
								
								Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk 
								və son iki yeri tutan məktəblərin göstəriciləri  
								aşağıdakı kimidir: 
								
								Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri 
								liseyindən 45 şagird buraxılış imtahanlarında 
								iştirak etmiş və orta statistik şagird ana 
								dilindən 18,44 suala  (73,78%), riyaziyyatdan 
								22,98 suala  (91,91%), Azərbaycan tarixindən 
								12,27 suala  (81,78%), fizikadan 8,60 suala  
								(86,00%), kimyadan 8,82 suala (88,22%), 
								biologiyadan 8,02 suala  (80,22%), coğrafiyadan 
								8,67 suala (86,67%), xarici dildən isə 12,67 
								suala  (84,44%) düzgün cavab vermişdir. 
								 
								
								Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 44 
								şagird buraxılış imtahanlarında iştirak etmiş və 
								orta statistik şagird ana dilindən 17,80 suala 
								(71,18%), riyaziyyatdan 21,64 suala (86,55%), 
								Azərbaycan tarixindən 11,70 suala  (78,03%), 
								fizikadan 8,07 suala (80,68%), kimyadan 8,32 
								suala  (83,18%), biologiyadan 7,89 suala  
								(78,86%), coğrafiyadan 8,05 suala  (80,45%), 
								xarici dildən isə 11,45 suala  (76,36%) düzgün 
								cavab vermişdir.  
								
								Sumqayıt şəhər 7 nömrəli orta məktəbindən 57 şagird buraxılış 
								imtahanlarında iştirak etmiş və orta statistik 
								şagird ana dilindən 10,70 suala  (42,81%), 
								riyaziyyatdan 12,82 suala  (51,30%), Azərbaycan 
								tarixindən 6,84 suala  (45,61%), fizikadan 4,49 
								suala  (44,91%), kimyadan 4,68 suala  (46,84%), 
								biologiyadan 4,53 suala  (45,26%), coğrafiyadan 
								4,79 suala (47,89%), xarici dildən isə 6,91 
								suala  (46,08%) düzgün cavab vermişdir. 
								 
								
								Sumqayıt şəhər M.Əsədov adına orta ümumtəhsil 
								internat-məktəbdən 14 şagird buraxılış 
								imtahanlarında iştirak etmiş və orta statistik 
								şagird ana dilindən 11,57 suala  (46,29%), 
								riyaziyyatdan 11,14 suala  (44,57%), Azərbaycan 
								tarixindən 5,71 suala  (38,10%), fizikadan 3,71 
								suala  (37,14%), kimyadan 3,79 suala (37,86%), 
								biologiyadan 3,50 suala  (35,00%), coğrafiyadan 
								4,21 suala  (42,14%), xarici dildən isə 6,14 
								suala  (40,95%) düzgün cavab vermişdir. 
								Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin 
								göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı 
								qrafiklərdən  daha aydın görünür.  
								
								Sumqayıt şəhəri və Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və 
								Təbiət Elmləri liseyinin səkkiz fənn üzrə 
								keyfiyyət göstəricilərinin müqayisəli təhlili 
								  
								
								Sumqayıt şəhəri və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü 
								Gimnaziyanın səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəli təhlili 
								  
								
								Sumqayıt şəhəri və Sumqayıt şəhər 7 nömrəli orta məktəbin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								  
								
								Sumqayıt şəhəri və Sumqayıt şəhər M.Əsədov adına orta 
								ümumtəhsil internat-məktəbin səkkiz fənn üzrə 
								keyfiyyət göstəricilərinin müqayisəli təhlili 
								  
								
								Sumqayıt şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər 
								üzrə keyfiyyət göstəriciləri 
								  
								Cədvəldən 
								göründüyü kimi, şəhər üzrə orta statistik şagird 
								ana dili fənnindən sualların 53,43%-nə düzgün 
								cavab vermişdir. Qızların düzgün cavabları 
								54,97%, rus bölməsinin düzgün cavabları isə 
								56,36% olmuşdur, bu da şəhər üzrə göstəricidən 
								yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə 
								də oğlanlar ilə qızların keyfiyyət 
								göstəricilərinin müqayisəsi aşağıdakı 
								diaqramlardan daha aydın görünür. 
								
								  
								
								
								Oğlanların və qızların səkkiz fənn üzrə 
								keyfiyyət göstəricilərinin müqayisəsi 
								
								  2008-2009 
								və 2009-2010-cu dərs illərində səkkiz fənni 
								qiymətlər üzrə müqayisə etdikdə riyaziyyatdan 
								"2" qiymət alanların faiz göstəricisinin aşağı 
								düşdüyünü, qalan fənlərdən isə faiz 
								göstəricilərinin yüksəldiyini müşahidə edirik. 
								"2" qiymət alanların sayı ana dilindən 1,62%, 
								Azərbaycan tarixindən 0,94%, fizikadan 1,52%, 
								kimyadan 2,22%, biologiyadan 2,35%, coğrafiyadan 
								1,28% və xarici dildən 0,88% artmışdır, əksinə, 
								riyaziyyatdan 1,42%  azalmışdır. Ümumiyyətlə, 
								2008-2009-cu dərs ilində 4008 şagirddən 3987 
								nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 
								3397-i, yəni 85,20%-i, 2009-2010-cu dərs ilində 
								isə 3582 şagirddən 3563 nəfəri imtahanlarda 
								iştirak etmiş və bunlardan 2840-ı, yəni 79,71%-i 
								müvəffəqiyyət qazanmışdır. Son nəticədə 
								2008-2009-cu dərs ili ilə müqayisədə Sumqayıt 
								şəhəri üzrə müvəffəqiyyət faizinin 5,49% aşağı 
								düşdüyünü görürük. Aşağıdakı cədvəlin köməyi ilə 
								digər qiymətlərə görə də iki ilin müqayisəli 
								təhlilini aparmaq olar. 
								
								
								Təhsil Nazirliyinin Monitorinq  
								və qiymətləndirmə şöbəsi  | 
								  |