| 
								 Yanvarın 21-də 
								Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft 
								Akademiyasında (ADNA) 2010-cu ilin may ayında 
								aparılmış akkreditasiyanın nəticələrinə dair 
								iclas keçirilib. 
								İclasda çıxış 
								edən Azərbaycan Dövlət Neft Akademiyası üzrə 
								Akkreditasiya Komissiyasının sədri Xalid Yahudov 
								bildirib ki, ADNA-da tədrisin təhsil 
								proqramlarına uyğun təşkilinin vəziyyəti və 
								Dövlət Təhsil Standartlarının tələblərinə 
								uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının 
								keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs 
								tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Ali 
								məktəbin Elmi Şurasının qərarı ilə attestasiyaya 
								buraxılış kursundan bakalavriat səviyyəsi üzrə 
								62, magistratura səviyyəsi üzrə 60 ixtisaslaşma 
								təqdim olunduğunu nəzərə çatdıran X.Yahudov 
								tələbələrin müvəffəqiyyət göstəricisi, 
								professor-müəllim heyətinin sayı, yaş tərkibi 
								haqqında da məlumat verıb. O, eləcə də 
								ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət 
								göstəricilərini qeyd edib, komissiyanın tövsiyə 
								və təkliflərini sadalayıb. 
								Bu yaxınlarda 
								Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik 
								yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu 
								xatırladan təhsil naziri Misir Mərdanov 
								Akkreditasiya Komissiyasının qərarının ADNA-nın 
								Elmi Şurasında müzakirə edilməsinin zəruriliyini 
								bildirib. Nazir Akkreditasiya Komissiyasının bir 
								sıra təkliflərinin nəzərə alınmasının Azərbaycan 
								Dövlət Neft Akademiyasında tədrisin səviyyəsinin 
								daha da yüksəlməsinə təkan verəcəyini 
								vurğulayıb. Misir Mərdanov gələcəkdə ali 
								məktəblərin akkreditasiya olunması işinə 
								beynəlxalq ekspertlərin cəlb olunmasının 
								mümkünlüyünü də nəzərə çatdırıb. 
								Sonra iclasda 
								müzakirə olunan məsələ ətrafında fikir 
								mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran 
								suallara aydınlıq gətirilib.  |