| 
								 
								 Yanvarın 
								27-də Təhsil Nazirliyində ötən ilin yekunları və 
								bu il qarşıda duran vəzifələrə həsr olunmuş 
								geniş kollegiya iclası keçirilib. İclasda 
								kollegiya üzvləri ilə yanaşı, Prezident 
								Administrasiyasından, Nazirlər Kabinetindən, 
								digər dövlət qurumlarından, YAP-dan 
								nümayəndələr, millət vəkilləri, Təhsil Nazirliyi 
								Aparatının məsul işçiləri, nazirliyin 
								struktur-bölmə rəhbərləri, ali məktəblərin 
								rektorları, bəzi qeyri-hökumət təşkilatlarının 
								təmsilçiləri, orta ixtisas, ilk peşə-ixtisas 
								məktəblərinin, bilavasitə Təhsil Nazirliyinə 
								tabe olan ümumtəhsil müəssisələrinin 
								direktorları, rayon, şəhər təhsil şöbə 
								müdirləri, tanınmış ziyalılar və KİV işçiləri 
								iştirak ediblər. 
								Kollegiyada 
								təhsil naziri Misir Mərdanov "2010-cu ilin 
								yekunları və 2011-ci ildə qarşıda duran 
								vəzifələr" mövzusunda hesabat məruzə-təqdimatı 
								ilə çıxış edib. Nazirin geniş faktik 
								materiallara, dərin təhlillərə, müqayisələrə 
								əsaslanan və təhsilin bütün pillələrində, təhsil 
								sahəsində həyata keçirilən inkişaf yönümlü 
								dövlət proqramlarının, xarici təşkilatlarla 
								birgə reallaşdırılan layihələrin icrası 
								istiqamətində ötən il görülmüş işləri, əldə 
								olunan uğurları və mövcud problemləri, bu il 
								üçün planlaşdırılan tədbirləri əhatə edən 
								təqdimatı iclas iştirakçıları tərəfindən 
								diqqətlə dinlənilib. 
								İclasda YAP-ın 
								icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin 
								müavini Bahar Muradova, Azərbaycan Həmkarlar 
								İttifaqları Konfederasiyasının sədri Səttar 
								Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədri Məleykə Abbaszadə çıxış 
								edərək nazirin əhatəli təqdimatını yüksək 
								qiymətləndirib, ötən il təhsilimizdə böyük 
								uğurların əldə edildiyini, bütün bunların 
								dövlətimizin təhsilə qayğısı sayəsində mümkün 
								olduğunu qeyd ediblər. 
								(Kollegiya 
								iclasından geniş material qəzetimizin növbəti 
								nömrəsində dərc olunacaq)  
								
								
								Y.ƏLİYEV  | 
								  |