| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Kimyaçı qadınlar BDU-da 
		"dəyirmi masa" keçirdilər  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Bakı 
								Dövlət Universitetində Ailə, Qadın və Uşaq 
								Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və 
								təşkilatçılığı ilə "Azərbaycan kimyaçı qadınları 
								"Beynəlxalq Kimya ili"ndə: problemlər və 
								perspektivlər" mövzusunda "dəyirmi masa" 
								keçirilib. Tədbiri giriş sözü ilə açan 
								universitetin rektoru, akademik Abel Məhərrəmov 
								YUNESKO tərəfindən 2011-ci ilin "Kimya ili" elan 
								edilməsinin əhəmiyyətindən danışıb. "Dəyirmi 
								masa"da iştirak edən kimyaçıların bu sahənin 
								inkişafı istiqamətində gördüyü işlərə diqqət 
								çəkən rektor, qadınların ictimai-siyasi, elmi və 
								digər sahələrdə oynadıqları xüsusi rolu da 
								yüksək qiymətləndirib.  
								Daha sonra 
								Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 
								Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 
								"dəyirmi masa"nın ölkədə kimya elminin 
								inkişafında qadın alimlərin roluna həsr 
								olunduğunu qeyd edib. Bildirilib ki, ulu öndər 
								Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət 
								siyasətinin məntiqi nəticəsi kimi bütün 
								sahələrdə qadınların fəaliyyəti üçün geniş 
								imkanlar yaradılıb və bu istiqamətdə Prezident 
								İlham Əliyevin rəhbərliyi altında yeni uğurlu 
								addımlar atılmaqdadır. Hicran Hüseynova onu da 
								qeyd edib ki, Azərbaycanın birinci xanımı, 
								Heydər Əliyev Fondunun prezidenti, millət vəkili 
								Mehriban Əliyevanın qadınların problemlərinə, 
								onların ictimai həyatda aktiv rolunun təmin 
								edilməsinə diqqəti bütün cəmiyyət üçün 
								nümunədir.  
								
								Daha sonra ombudsman Elmira Süleymanova və digər 
								çıxış edənlər Azərbaycan kimyaçı qadınlarının 
								elmimizə verdiyi dəyərli töhfələrdən danışıblar.
								 | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |