| 
								 Yanvarın 21-də 
								ADU-nun rektoru, millət vəkili, professor Səməd 
								Seyidov Misir Ərəb Respublikasının ölkəmizdəki 
								səfiri, cənab Sabir Əbdülqadir Mənsuru qəbul 
								etdi. Qonağı salamlayan rektor yeni tədris 
								ilindən 10 azərbaycanlı tələbənin ADU-da 
								ərəbşünaslıq ixtisası üzrə təhsil alacağını 
								diqqətə çatdırdı. Ərəbşünaslıq ixtisasının 
								2011-2012-ci dərs ilindən tədrisinin 
								məqsədəuyğun hesab edildiyini bildirdi. Həmçinin 
								gələcəkdə ərəb filologiyası ixtisasının açılması 
								və bu sahədə mütəxəssislərin hazırlanması barədə 
								də  fikirlərini  söylədi. 
								Professor S. 
								Seyidov bütün bunlarla yanaşı, həm də  
								universitetdə fəaliyyət  göstərən mərkəzlər 
								barədə söz açaraq bu sahədə kifayət qədər 
								təcrübənin olduğunu vurğuladı. O, açılması 
								nəzərdə tutulan Ərəb Mərkəzinin bü gün ərəb 
								dövlətlərinin mədəniyyətlərini, tarixini özündə 
								əks etdirməsini vacib saydığını dedi. 
								Sonra səfir 
								Sabir Əbdülqadir Mənsur ərəb mədəniyyətinin 
								tanıdılması üçün məşhur alimlərin əsərlərinin 
								Azərbaycan dilinə tərcüməsindən və bu sahədə 
								aparılan işlərin vacibliyindən danışdı. O 
								bildirdi ki, ikitərəfli münasibətlərin 
								inkişafında elm və təhsil sahəsində əməkdaşlığın 
								xüsusi rol oynadığı danılmazdır və universitetə 
								bu sahədə dəstək verməyə hazır olduqlarını 
								vurğuladı. Bu baxımdan tərəflər Ərəb Mərkəzinin 
								müxtəlif lazımi elmi-metodik materiallarla təmin 
								edilməsi, Misirdən müəllimlərin, mütəxəssislərin 
								dəvəti məsələlərini də müzakirə  etdilər.   
								
								
								Şakir CƏFƏROV  |