| 
								 Bakının 
								Mərdəkan qəsəbəsindəki 181 nömrəli orta məktəbdə 
								2010-2011-ci dərs ilində 72 sinifdə 1514 şagird 
								təhsil alır. Məktəbdə şagirdlərin 
								təlim-tərbiyəsi ilə 156 müəllim  məşğul olur. 
								Hazırda  bu tədris ocağında təhsilin məzmun və 
								keyfiyyətinin yaxşılaşdırılması daim diqqət 
								mərkəzində saxlanılır. Tərtib olunmuş xüsusi 
								cədvəl əsasında  təcrübəli müəllimlərin tez-tez 
								"açıq dərs"ləri  dinlənilir və gənc  
								müəllimlərin onlarda iştirakı  təmin  edilir. 
								Məktəbin 
								direktoru Nəzakət Mahmudova bildirdi ki, təlimin 
								keyfiyyətini artırmaq məqsədi ilə  metodbirləşmə 
								rəhbərləri və qabaqcıl müəllimlərin iştirakı ilə 
								bu təhsil ocağında "Azərbaycan təhsil sistemində 
								Milli Kurikulum siyasəti" mövzusunda "dəyirmi 
								masa" keçirilmişdir. Tədbirdə "Məktəbdə metodik 
								işin təşkili", "Müasir dərs", "Müasir təlim 
								metodları", "Yeni pedaqoji texnologiyaların 
								tətbiqi" və "Təlim-tərbiyə prosesinin 
								intensivləşdirilməsi və optimallaşdırılması 
								təhsilin keyfiyyətinin əsas amilidir" mövzuları 
								müzakirə edilmişdir.  Bununla yanaşı, məktəbdə 
								müəllimlərin ixtisasartırma kurslarında, treninq 
								- seminarlarda, konfranslarda, "açıq dərs"lərdə, 
								müsabiqə və sərgilərdə iştirakına, qabaqcıl 
								təcrübənin yayılmasına şərait yaradılmışdır. 
								Şagirdlərin 
								təlim-tərbiyəsinə böyük əmək sərf edən 
								müəllimlərdən Aybəniz  Quliyeva,  Zərifə 
								Muxtarova, Sevda  Əliyeva "əməkdar müəllim"adına 
								layiq görülmüş, Əbiş İsmayılov isə Azərbaycan 
								Respublikası Prezidentinin Sərəncamı ilə 
								"Tərəqqi" medalı ilə təltif edilmişdir. Əldə 
								edilən uğurlar pedaqoji kollektivi daha yaxşı 
								işləməyə sövq edir.  
								
								
								Şakir CƏFƏROV  | 
								  |