| 
								 
								 Bakıdakı 
								182 nömrəli orta məktəbdə Azərbaycanın xalq 
								şairi Rəsul Rzanın 100 illik yubileyi 
								münasibətilə "Dünyaya sığmayan ömür" adlı 
								ədəbi-bədii gecə keçirildi.  
								Məktəbin 
								direktoru Zinyət Tağıyeva  şairin həyat və 
								yaradıcılığından danışaraq  bu cür tədbirlərin 
								şagirdlərin təlim-tərbiyəsində böyük rol 
								oynadığını   bildirdi.. 
								Məktəbin 
								şagirdlərindən Fərid Mirzəyev, Pərvanə  Cəlali, 
								Ceyhun Nağıyev,  Elmira Nağıyeva və başqaları  
								şairin əsərlərindən  parçalar söylədilər. 
								Eyni zamanda 
								VIII sinif şagirdi Firuzə Ələkbərzadə "Üzüyümün 
								qaşı firuzədəndir" mahnısını ifa etdi, IX sinif 
								şagirdi Məryəm Məmmədova isə "Qızıl gül 
								olmayaydı" poemasından  səhnələşdirilmiş bir 
								hissəni nümayiş etdirdi.  
								Sonda  xalq 
								şairi Rəsul Rzanın həyat və yaradıcılığına aid  
								film  nümayiş  olundu.    
								
								
								Rəşad ZİYADOV  |