| 
								 
								Ötən ilin sonlarında Rusiya Federasiyasının 
								İctimai palatasında Ümumrusiya "Məktəb direktoru 
								- 2010" müsabiqəsinin qalibi elan olunub. 
								
								Qalib İjevski şəhər 97 nömrəli məktəbin rəhbəri 
								Axtam Çuqalayev olub. 
								Müsabiqə 
								sınaqları prosesində mürəkkəb idarəetmə 
								məsələlərinin həllinə orijinal yanaşmaya görə o, 
								öz tədris müəssisəsi üçün kompüter avadanlığı və 
								200 min rubl alıb. 
								Təhsil 
								müəssisələrinin rəhbərləri üçün Ümumrusiya 
								müsabiqəsi ilk dəfə keçirilib. Müsabiqə 2010-cu 
								ilin yanvarında start götürüb və iki mərhələdən 
								ibarət olub. İlk (qiyabi) mərhələ çərçivəsində 
								direktorlar təşkilat komitəsinin ünvanına məktəb 
								problemləri və onların həlli yollarını təsvir 
								edən esselərini göndəriblər. Rusiyanın 81 
								regionunu təmsil edən 667 müəllif müsabiqəyə 
								buraxılıb, onlardan 10-u ikinci mərhələyə vəsiqə 
								qazanıb. Finalçılar Moskvaya dəvət olunaraq 
								orada mübarizə aparıblar. 
								Müsabiqədə 
								ikinci yeri Yekaterinburqun 210 nömrəli 
								"Korifey" gimnaziyasının rəhbəri Aleksey 
								Babetov, üçüncü yeri isə Sankt-Peterburqdakı 279 
								nömrəli məktəbin direktoru Anna Menşikova 
								tutmuşlar. 
								
								
								
								"Uçitelskaya qazeta"dan  
								hazırladı: Yusif ƏLİYEV  |