| 
								 Bakıdakı  31 
								nömrəli orta məktəbdə "Uşaq hüquqları üzrə  
								pilləli tədris layihəsi"nə həsr olunan tədbir 
								keçirilib. 
								
								 İnsan 
								hüquqları üzrə  müvəkkil (ombudsman) Elmira  
								Süleymanova, Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin 
								Ümumtəhsil  sektorunun müdiri Firudin Həmzəyev, 
								məsləhətçi   Fəttah Quliyev və digər qonaqlar 
								tədbirdə iştirak ediblər. Öncə  məktəbdə  ənənə 
								halını almış istedadlı şagirdlərin  əl 
								işlərindən ibarət  sərgi nümayiş etdirilib. 
								Məktəbin direktoru Şükufə Məmmədsalahova  
								çıxışında "Uşaq hüquqları üzrə pilləli tədris" 
								layihəsinin məktəbdə uğurla həyata 
								keçirildiyini, şagirdlərin bu layihəyə böyük 
								maraq  göstərdiklərini bildirib. 
								Sinif müəllimi 
								Sevinc Axundovanın  rəhbərliyi ilə  birinci 
								pillədə iştirak edən "Ombudsman  elçiləri"  uşaq 
								hüquqlarına həsr edilmiş bir neçə səhnəcik  
								nümayiş etdiriblər. Elmira  Süleymanova 
								şagirdlərin çıxışlarını alqışlayıb  və  layihədə 
								pilot olaraq iştirak etmiş məktəblərin hər 
								birinə  Təhsil Nazirliyi tərəfindən  11 ədəd   
								kompüter  dəsti verildiyinə görə  təhsil  naziri 
								cənab  Misir Mərdanova  minnətdarlığını 
								bildirib. Qeyd edib  ki, hər məktəbdə  bir 
								kompüter otağı  yaradılıb. Həmin otaqlar II 
								mərhələdə  "İnsan hüquqları mərkəzi"nə  
								çevriləcək və  layihədə iştirak  edən şagirdlər 
								mərkəzlərin işinə cəlb olunmaqla trener kimi öz 
								yaşıdlarına dərs keçəcəklər. İnsan hüquqları 
								mərkəzləri  arasında əlaqə yaradılacaq və 
								onların bu layihənin yeni mərhələsinə seçilmiş 
								məktəblərdə  uşaq hüquqlarının tədrisində  
								iştirak etmələri  təmin ediləcək.  
								BŞTİ-nin 
								Ümumtəhsil sektorunun  müdiri Firudin Həmzəyev  
								tədbir iştirakçılarına  öz təşəkkürünü bildirib 
								və məktəblərdə  bu layihənin həyata 
								keçirilməsinin müsbət  hal olduğunu vurğulayıb. 
								 
								"Ombudsman  
								elçisi"  XI "B" sinif şagirdi  Selcan 
								Şaməmmədova məktəbin direktoruna, bu layihədə 
								iştirak edən müəllimlərə və layihəni həyata 
								keçirən  ombudsman təsisatının gənc 
								hüquqşünaslarına  minnətdarlığını  bildirib.  
								
								
								Sifai SƏFƏROVA  |