| 
								 
								 Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi insan hüquqları 
								üzrə  müvəkkili (ombudsman) ilə birgə "Uşaq 
								hüquqları üzrə pilləli tədris"lə bağlı Bakıdakı 
								5,31, 207 nömrəli orta məktəblərdə layihə həyata 
								keçirmişdir. Layihənin uğurla həyata 
								keçirilməsinin nəticəsi olaraq bu günlərdə 
								Bakıdakı 5 nömrəli orta məktəbə də Təhsil 
								Nazirliyi  tərəfindən 11 kompüter hədiyyə 
								edilmişdir. Bununla əlaqədar Azərbaycan 
								Respublikasının insan hüquqları üzrə müvəkkili 
								(ombudsman)  Elmira Süleymanova məktəbdə olaraq 
								həmin kompüterlərin quraşdırıldığı otağa baxmış, 
								şagirdlərlə görüşmüşdür. Burada  "Qoy uşaqlar 
								xoşbəxt olsun!" adlı təqdimat keçirilmişdir. 
								E.Süleymanova çıxış edərək şagirdlərə öz 
								məsləhət və tövsiyələrini vermiş, onları 
								maraqlandıran sualları cavablandırmışdır. 
								 
								BŞTİ-nin 
								nümayəndəsi Yaqut  Məmmədova, məktəbin direktoru 
								Nərminə Gündüzlü  və digər çıxış edənlər də 
								layihənin əhəmiyyətindən danışmış, bütün bu 
								işlərə  görə ombudsman aparatına və Təhsil 
								Nazirliyinə öz təşəkkürlərini  bildirmişlər. 
								Sonda 
								şagirdlərdən Aydan Fətullayeva, Sevinc Əsədova 
								çıxış edərək   bildirmişlər ki, həyata 
								keçirilən  layihənin nəticəsində öz hüquqlarını 
								dərindən öyrənmiş və öyrəndikləri cəmiyyətə 
								yararlı vətəndaş kimi yetişmələrində onlara 
								yardımçı olacaq.  
								
								
								Şakir CƏFƏROV  |