| 
								 
								Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında Mingəçevir şəhəri ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinə görə 
								nəticələri, bu nəticələrin keçən il ilə 
								müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət 
								göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif 
								fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.
								 
								2009-2010-cu 
								dərs ilində Mingəçevir şəhərinin 22 tam orta 
								ümumtəhsil məktəblərində 992 şagird təhsil 
								almışdır. Onların 990-ı (99,80%) buraxılış 
								imtahanlarında iştirak etmiş və 937 nəfəri 
								(94,65%) yekun nəticəyə görə attestat almışdır. 
								Buraxılış imtahanlarında iştirak edən 990 
								şagirddən  515-i oğlan, 475-i isə qızdır. 
								Şagirdlərin 886-ı Azərbaycan, 104 nəfəri isə rus 
								bölməsinin şagirdidir. Şəhər üzrə beş şagird (8, 
								10, 14 nömrəli orta məktəblərin hərəsindən bir, 
								Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü 
								liseydən isə iki şagird) bütün fənlərdən "beş" 
								qiymət almışdır.  Mingəçevir şəhər 
								Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü 
								lisey keyfiyyət göstəricilərinə əsasən 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarının nəticələrinə görə respublikada 
								birinci iyirmiliyə daxildir. 
								Mingəçevir 
								şəhərinin səkkiz fənn üzrə göstəricilərinin 
								respublika üzrə göstəricilərlə müqayisəsi 
								aşağıdakı diaqramdan aydın görünür.  
								
								  Göründüyü 
								kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri 
								respublika üzrə keyfiyyət göstəricilərindən 
								yüksəkdir. 
								2008-2009 və 
								2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								səkkiz fənn üzrə  Mingəçevir şəhər ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili aşağıdakı diaqramda 
								verilmişdir: 
								
								  Yalnız 
								riyaziyyat, Azərbaycan tarixi və xarici dil 
								fənlərindən müəyyən yüksəlişin, əksinə qalan 
								bütün fənlərdən isə geriləmənin olduğu nəzərə 
								çarpır. Ümumilikdə Mingəçevir şəhəri üzrə yekun 
								keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə 
								nisbətən  0,54% aşağı düşmüşdür. 
								2009-2010-cu 
								dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş 
								buraxılış imtahanlarında fənlər üzrə yekun 
								keyfiyyət göstəriciləri 
								
								  Fənlər üzrə 
								yekun göstəricilərə nəzər saldıqda, Mingəçevir 
								şəhərində Azərbaycan tarixi, kimya və biologiya 
								fənlərinin digər fənlərə nisbətən daha yaxşı 
								tədris edildiyi müşahidə olunur. Məktəblərin 
								vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, 
								coğrafiya fənlərindən 12 məktəbin (54,54%), ana 
								dili, riyaziyyat, kimya fənlərindən 9 məktəbin 
								(40,91%), biologiya, fizika fənlərindən 10 
								məktəbin (45,45%) və  xarici dil fənnindən isə 8 
								məktəbin (36,36%) keyfiyyət göstəricisi şəhər 
								üzrə keyfiyyət göstəricisindən yüksəkdir. 
								 
								Mingəçevir 
								şəhərinin tam orta ümumtəhsil məktəblərinin 
								buraxılış imtahanlarının nəticələrinə görə 
								keyfiyyət və reytinq göstəricilərinin müqayisəli 
								təhlili aşağıdakı cədvəldə verilmişdir: 
								
								Cədvəldən 
								göründüyü kimi, Mingəçevir şəhər Texniki 
								Humanitar liseyi və Mingəçevir şəhər 13 nömrəli 
								orta məktəbi reytinq cədvəlinə uyğun olaraq, 11 
								və 14-cü yerləri tutduqları halda, keyfiyyət 
								cədvəlində həmin məktəblər müvafiq olaraq 5 və 
								7-ci yerləri tuturlar. Bu isə o deməkdir ki, 
								həmin məktəblərin şagirdləri daha çox suala 
								düzgün cavab verərək yüksək qiymətlər alıblar. 
								Əksinə,  Mingəçevir şəhər İ.Rüstəmov adına 5 
								nömrəli və Mingəçevir şəhər N.Gəncəvi adına 8 
								nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun 
								olaraq, 4 və 5-ci yerləri tutmalarına 
								baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər 
								müvafiq olaraq 8 və 12-ci yerləri tuturlar. 
								Keyfiyyət 
								göstəricisinə görə məktəblərin sıralanmasında 
								ilk və son iki yeri tutan məktəblərin 
								göstəriciləri  aşağıdakı kimidir: 
								Mingəçevir 
								şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər 
								Təmayüllü liseydən 51 şagird buraxılış 
								imtahanlarında iştirak etmiş və orta statistik 
								şagird ana dilindən 17,43 suala  (69,73%), 
								riyaziyyatdan 18,14 suala  (72,55%), Azərbaycan 
								tarixindən 11,12 suala (74,12%), fizikadan 5,78 
								suala  (57,84%), kimyadan 7,82 suala  (78,24%), 
								biologiyadan 6,84 suala  (68,43%), coğrafiyadan 
								6,33 suala  (63,33%), xarici dildən isə 10,16 
								suala  (67,71%) düzgün cavab vermişdir. 
								 
								Mingəçevir 
								şəhər 4 nömrəli orta məktəbdən 43 şagird 
								buraxılış imtahanlarında iştirak etmiş və orta 
								statistik şagird ana dilindən 13,70 suala  
								(54,79%), riyaziyyatdan 16,16 suala  (64,65%), 
								Azərbaycan tarixindən 9,63 suala  (64,19%), 
								fizikadan 5,40 suala  (53,95%), kimyadan 6,44 
								suala (64,42%), biologiyadan 6,33 suala 
								(63,26%), coğrafiyadan 5,74 suala  (57,44%), 
								xarici dildən isə 9,23 suala (61,55%) düzgün 
								cavab vermişdir.  
								Mingəçevir 
								şəhər  internat-məktəbdən 13 şagird buraxılış 
								imtahanlarında iştirak etmiş və orta statistik 
								şagird ana dilindən 10,69 suala  (42,77%), 
								riyaziyyatdan 10,54 suala  (42,15%), Azərbaycan 
								tarixindən 7,77 suala  (51,79%), fizikadan 3,77 
								suala  (37,69%), kimyadan 4,92 suala  (49,23%), 
								biologiyadan 4,85 suala  (48,46%), coğrafiyadan 
								4,54 suala (45,38%), xarici dildən isə 7,46 
								suala (49,74%) düzgün cavab vermişdir. 
								 
								Mingəçevir 
								şəhər B.Şıxəliyev adına 6 nömrəli orta  
								məktəbdən 20 şagird buraxılış imtahanlarında 
								iştirak etmiş və orta statistik şagird ana 
								dilindən 9,35 suala (37,40%), riyaziyyatdan 
								12,95 suala  (51,80%), Azərbaycan tarixindən 
								7,25 suala  (48,33%), fizikadan 4,60 suala  
								(46,00%), kimyadan 5,10 suala (51,00%), 
								biologiyadan 4,80 suala  (48,00%), coğrafiyadan 
								4,80 suala  (48,00%), xarici dildən isə 6,40 
								suala (42,67%) düzgün cavab vermişdir. 
								Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin 
								göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı 
								qrafiklərdən  daha aydın görünür. 
								  
								Mingəçevir 
								şəhəri və Mingəçevir şəhər Təbiət-Riyaziyyat və 
								Humanitar Elmlər Təmayüllü liseyin səkkiz fənn 
								üzrə keyfiyyət göstəricilərinin müqayisəli 
								təhlili 
								
								  Mingəçevir 
								şəhəri və Mingəçevir şəhər 4 nömrəli orta 
								məktəbin səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəli təhlili 
								
								  Mingəçevir 
								şəhəri və Mingəçevir şəhər  internat-məktəbin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  Mingəçevir 
								şəhəri və Mingəçevir şəhər B.Şıxəliyev adına 6 
								nömrəli orta  məktəbin səkkiz fənn üzrə 
								keyfiyyət göstəricilərinin müqayisəli təhlili 
								
								  
								Mingəçevir şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər 
								üzrə keyfiyyət göstəriciləri 
								
								  Cədvəldən 
								göründüyü kimi, şəhər üzrə orta statistik şagird 
								ana dili fənnindən sualların 53,77%-nə düzgün 
								cavab vermişdir. Qızların düzgün cavabları 
								55,49%, rus bölməsinin düzgün cavabları isə 
								54,46% olmuşdur, bu da şəhər üzrə göstəricidən 
								yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə 
								də oğlanlar ilə qızların keyfiyyət 
								göstəricilərinin müqayisəsi aşağıdakı 
								diaqramlardan daha aydın görünür. 
								
								  Oğlanların və 
								qızların səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəsi 
								2008-2009 və 
								2009-2010-cu dərs illərində səkkiz fənni 
								qiymətlər üzrə müqayisə etdikdə riyaziyyat, 
								Azərbaycan tarixi, fizika, xarici dil və 
								biologiya fənlərindən "2" qiymət alanların faiz 
								göstəricisinin aşağı düşdüyünü, qalan fənlərdən 
								isə faiz göstəricilərinin yüksəldiyini müşahidə 
								edirik. "2" qiymət alanların sayı ana dilindən 
								1,74%, kimyadan 0,88% və coğrafiyadan 0,04% 
								artmışdır, əksinə, riyaziyyatdan 4,92%, 
								Azərbaycan tarixindən 0,96%, biologiyadan 1,42%, 
								xarici dildən 4,67% və fizikadan 1,92% 
								azalmışdır. Ümumiyyətlə, 2008-2009-cu dərs 
								ilində 1216 şagirddən 1213 nəfəri imtahanlarda 
								iştirak etmiş və bunlardan 932-si, yəni 
								76,83%-i, 2009-2010-cu dərs ilində isə 992 
								şagirddən 990 nəfəri imtahanlarda iştirak etmiş 
								və bunlardan 817-si, yəni 82,53%-i müvəffəqiyyət 
								qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs ili 
								ilə müqayisədə Mingəçevir şəhəri üzrə 
								müvəffəqiyyət faizinin 5,70% artdığını görürük. 
								Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə 
								görə də iki ilin müqayisəli təhlilini aparmaq 
								olar. 
								
								 | 
								  |