| 
								 Orta ixtisas 
								təhsili müəssisələrinin tələbələri ilə 
								Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq 
								mahnılarının, rəqslərinin öyrənilməsi 
								istiqamətində aparılan işləri daha da 
								yaxşılaşdırmaq, tələbə və gənclərin asudə 
								vaxtlarını səmərəli təşkil etmək, xüsusi 
								istedada malik gəncləri üzə çıxarmaq, ifa 
								mədəniyyətini yüksəltmək məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								1. Ümummilli 
								lider Heydər Əliyevin anadan olmasının 88-ci 
								ildönümünə həsr olunmuş "Bakı şəhərində yerləşən 
								orta ixtisas təhsili müəssisələrinin tələbələri 
								arasında ifa müsabiqəsi" keçirilsin. 
								2. Müsabiqənin 
								əsasnaməsi və təşkilat komitəsinin tərkibi 
								təsdiq olunsun (əlavə olunur). 
								3. Tərbiyə və 
								məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) 
								və Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) 
								müsabiqənin yüksək səviyyədə təşkili və 
								keçirilməsini təmin etsinlər. 
								4. Ümumi şöbə 
								(H.Məmmədova) əmr və əlavələrin çoxaldılıb 
								yerlərə göndərilməsini təmin etsin. 
								5. 
								İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
								"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını,  
								əmr və əsasnamənin nazirliyin İnternet saytında 
								yerləşdirilməsini təmin etsin. 
								6. Əmrin 
								icrasına nəzarət nazir müavini E.Qasımova həvalə 
								olunsun.  
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								26 yanvar 2011-ci il  |