| 
								 Fevralın 1-də 
								təhsil naziri Misir Mərdanov Gürcüstan 
								Prezidentinin anası, Beynəlxalq Qara dəniz 
								Universitetinin prorektoru, professor Giuli 
								Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti 
								ilə görüşüb. 
								
								 Qonaqları 
								səmimi salamlayan təhsil naziri Azərbaycanla 
								Gürcüstan arasında təşəkkül tapmış tarixi 
								dostluq və strateji tərəfdaşlıq əlaqələrindən 
								bəhs edib. Misir Mərdanov Azərbaycan və 
								Gürcüstan prezidentlərinin şəxsi 
								münasibətlərinin ölkələrimiz arasındakı 
								hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir 
								göstərdiyini vurğulayıb. 
								Digər 
								istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında 
								təhsil sahəsində də qarşılıqlı əlaqələrin 
								inkişafının əhəmiyyəti barədə fikirlərini 
								bildirən Beynəlxalq Qara dəniz Universitetinin 
								prorektoru, professor Giuli  Alasaniya  bu 
								münasibətlərin gələcəkdə  daha da inkişaf 
								etdirilməsi üçün əlverişli imkanların olduğunu  
								bildirib.  Qonaq  deyib ki, Azərbaycanın  
								təhsil  müəssisələri  ilə  tanışlıq  və  ali  
								məktəblər arasında  əlaqələrin inkişafı 
								yollarının müzakirəsi onları maraqlandıran  
								məsələlərdəndir. 
								Azərbaycanın 
								Gürcüstanda təhsilin inkişafına hər zaman kömək 
								etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən 
								M.F.Axundov adına Azərbaycan Mədəniyyəti 
								Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik 
								etdiyi muzeydə Azərbaycan dilində olan yeni 
								kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb. 
								Azərbaycan 
								dövlətinin, eləcə də Heydər Əliyev Fondunun 
								Gürcüstanda tədris ocaqlarının təmirində, 
								dərslik və əlavə vəsaitlərlə təminatında 
								yaxından iştirak etdiyini söyləyən təhsil naziri 
								Misir Mərdanov Tbilisidə fəaliyyət göstərən 
								M.F.Axundov adına Azərbaycan Mədəniyyəti 
								Muzeyinə lazım olan kitabların göndərilməsi üçün 
								müvafiq addımların atılacağını deyib. Nazir 
								təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin 
								bundan sonra daha da inkişaf edəcəyinə 
								əminliyini bildirib. Misir Mərdanov ölkəmizin 
								bir sıra ali və orta təhsil müəssisələri ilə 
								tanışlığın Azərbaycanın təhsil sistemi haqqında 
								qonaqlarda xoş təəssürat yaradacağına inamını 
								ifadə edib.  |