| 
								 
								 Qəbələdə 
								keçirilən YAP Gənclər Birliyinin III 
								konfransında iştirak edən Azərbaycan 
								Respublikasının təhsil naziri Misir Mərdanov 
								yanvarın 29-da Qəbələ şəhər 2 nömrəli orta 
								məktəbdə olub. Nazirlə birlikdə YAP sədrinin 
								müavini-icra katibi Əli Əhmədov, Prezident 
								Administrasiyasının ictimai-siyasi məsələlər 
								şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin 
								sədr müavini Bahar Muradova, millət vəkilləri 
								Fəttah Heydərov, Mübariz Qurbanlı, Eldar 
								İbrahimov, təhsil nazirinin müavini Elmar 
								Qasımov, Qəbələ Rayon İcra Hakimiyyətinin 
								başçısı Səbuhi Abdullayev və digər qonaqlar da 
								məktəbə baş çəkiblər. 
								Məktəbin 
								həyətində naziri və onunla gəlmiş qonaqları 
								şagird və müəllimlər gül dəstəsi ilə 
								qarşılayıblar. Məktəbin kollektivini səmimi 
								salamlayan nazir Qəbələdə olmasından, məktəbin 
								müəllim və şagirdləri ilə görüşməsindən 
								məmnunluq duyduğunu bildirib. 
								Sonra nazir və 
								qonaqlar məktəblə tanış olub, sinif otaqlarında 
								tədris prosesini müşahidə ediblər. 
								IV "a" 
								sinfində Könül Seyidovanın, III "b" sinfində 
								Zümrüd Hüseynovanın dərslərində iştirak edən 
								nazir fənn kurikulumlarının tətbiq edildiyi III 
								"b" sinfində müəllimin bu sahədə peşəkarlığı ilə 
								bağlı söhbət aparıb, şagird və müəllimlərin 
								dərsliklər, iş dəftərləri, metodik vəsaitlərlə 
								təmin olunmaları, məktəbli formasının tətbiqi 
								ilə maraqlanıb, gördüklərindən razı qaldığını 
								bildirib. 
								
								 Daha 
								sonra nazir və qonaqlar məktəbin idman və akt 
								zallarına, kitabxanasına da baş çəkib, 
								kitabxananın fondundakı dərslik, bədii və 
								ensiklopedik ədəbiyyatlarla tanış olublar. 
								Məktəbin direktoru Ziynət Babayeva tədris 
								ocağında şagird kontingenti və sinif 
								komplektləri, yaradılmış təhsil mühiti, İKT ilə 
								təminatın vəziyyəti, valideynlərlə iş, məktəbin 
								uğurları və s. haqqında nazirə məlumat verib. 
								Bildirib ki, ötən il məktəbin 30 məzunundan 18-i 
								ali, 8 nəfəri isə orta ixtisas məktəblərinə 
								qəbul olunub, 1 nəfər 600-dən çox bal toplayıb. 
								2010-cu tədris ilində ibtidai sinif müəllimi 
								Yeganə Cəfərova "Əməkdar müəllim" fəxri adına 
								layiq görülüb. 
								Direktor 
								naziri və qonaqları əmin edib ki,  ulu öndər 
								Heydər Əliyevin sərəncamı ilə 1999-cu ildə 
								təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil 
								sahəsində İslahat Proqramında qarşıya qoyulan 
								müddəaların həyata keçirilməsinə, təhsilin 
								keyfiyyətinin yüksəlməsinə məktəbin kollektivi 
								bundan sonra da öz dəyərli töhfələrini 
								verəcəkdir. 
								Təhsil naziri 
								Misir Mərdanov məktəbə kompüter dəsti və sinif 
								komplektlərinin sayına müvafiq xaricdə istehsal 
								olunmuş yazı lövhələri, YAP sədrinin 
								müavini-icra katibi Əli Əhmədov isə 1 kompüter 
								dəsti hədiyyə etdiklərini bildiriblər. 
								Görüş zamanı 
								nazir məktəb rəhbərliyinə və müəllimlərə bəzi 
								tapşırıq və tövsiyələrini verib. 
								Görüşün 
								sonunda nazir və qonaqlar məktəbin kollektivi 
								ilə xatirə şəkli çəkdiriblər.  
								
								
								"Azərbaycan müəllimi"  |