| 
								 Naxçıvan 
								Dövlət Universitetinin Elmi Şurasının 2010-cu 
								ildəki fəaliyyətə həsr olunmuş iclası keçirildi. 
								Elmi Şuranın 
								sədri, akademik İsa Həbibbəyli Azərbaycanda 
								elmin, təhsilin inkişafına göstərilən dövlət 
								qayğısından, universitetin ötən ilki elmi 
								uğurlarından, tədrisin keyfiyyət və kəmiyyət 
								göstəricilərindən söz açdı. Rektor "Naxçıvan 
								Muxtar Respublikasında gənclərlə iş, idman 
								sahəsində keçirilən tədbirlər və qarşıda duran 
								vəzifələr haqqında Naxçıvan MR Ali Məclisində 11 
								yanvar 2011-ci il tarixdə keçirilmiş müşavirə və 
								Naxçıvan Dövlət Universitetinin vəzifələri" 
								barədə ətraflı məruzə etdi. Məruzədə 
								universitetin idmanın ən müxtəlif sahələri üzrə 
								qazandığı möhtəşəm nailiyyətlərindən bəhs 
								olundu. Qeyd edildi ki, ötən il NDU-nun futbol 
								komandası Azərbaycan ali məktəb tələbələrinin 
								III çempionatının qalibi olmuş, Polşada 
								tələbələrin VIII Avropa çempionatında iştirak 
								etmiş, voleybolçular isə Türkiyə Cümhuriyyətinin 
								Qars şəhərində keçirilən beynəlxalq yarışdan 
								çempion kimi dönmüşlər. Universitetin badminton 
								komandası İran İslam Respublikasının Urmiya, 
								Türkiyənin Qars şəhərlərində keçirilmiş 
								çempionatlarda qalib gəlmiş, cüdo, sərbəst güləş 
								üzrə idmançılarımız isə Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin keçirdiyi yarışlarda ölkənin 
								ali məktəblərinin 25 komandası arasında III yeri 
								qazanmışdır. Muxtar respublika tarixində ilk 
								ağırlıqqaldırma yarışları da məhz bu ali 
								məktəbdə keçirilmişdir.  
								
								 Sonra 
								Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə 
								muxtar respublika rəhbərliyinin idmanın, 
								xüsusilə də gimnastika, stolüstü tennis, şahmat 
								və digər növlərinin inkişafı ilə bağlı 
								tapşırıqlarından irəli gələn vəzifələr 
								müəyyənləşdirildi. 
								Universitetin 
								tərbiyə işləri üzrə prorektoru, əməkdar müəllim, 
								fəlsəfə elmləri doktoru Məmməd Rzayev 
								hesabatında ötən il gənc nəslin vətənpərvərlik 
								və dövlətçilik ruhunda tərbiyəsi, onların asudə 
								vaxtlarının düzgün təşkili istiqamətində görülən 
								çoxsaylı işlərdən danışdı. Məruzədə Heydər 
								Əliyev Universitetinin məşğələlərindən, dövri 
								mətbuata abunə yazılışından, əlamətdar tarixi 
								günlərə, milli bayramlara həsr olunmuş kütləvi 
								tədbirlərdən, İncəsənət fakültəsinin 
								kafedralarının hesabat konsertlərindən, 
								mədəniyyət kollektivlərinin, Tələbə Teatr 
								Studiyasının uğurlu qastrollarından, beynəlxalq 
								idman yarışlarında, müxtəlif festival və 
								müsabiqələrdə əldə edilən uğurlardan, 
								universitet televiziyasının məhsuldar 
								fəaliyyətindən söz açıldı.  
								NDU-nun Elmi 
								kitabxanasının direktoru, filologiya elmləri 
								namizədi Aypara Behbudova məruzəsində bildirdi 
								ki, 165000 kitab fonduna malik kitabxanaya 
								hesabat ilində 2431 nüsxə kitab daxil olmuş, 
								2290 nəfər oxucuya xidmət göstərilmişdir. 
								Kitabxana 35 adda dövri mətbuata abunə yazılmış, 
								120 adda müxtəlif dillərdə jurnal isə hədiyyə 
								olunmuşdur. Kitabxananın
								
								
								www.ndu.edu.az/kitab saytı, elektron 
								kataloq və kartoteka sistemi təkmilləşdirilmiş, 
								rəngarəng elmi-kütləvi tədbirlər keçirilmişdir. 
								Məruzədə fondun komplektləşdirilməsi, Heydər 
								Əliyev Universitetində keçirilən məşğələlərin 
								materiallarını, universitet əməkdaşlarının 
								biblioqrafiyalarını çap etdirmək, diyarşünaslıq 
								kartotekası yaratmaq və digər qarşıda duran 
								vəzifələrdən danışıldı.  
								"Qeyrət" 
								nəşriyyatının direktoru, tarix elmləri namizədi, 
								dosent Vaqif Məmmədov nəşriyyatın fəaliyyəti və 
								vəzifələri barədə məruzəsində burada il ərzində 
								316 sifariş yerinə yetirildiyini, tədris 
								vəsaitlərinin, kargüzarlıq sənədlərinin, 
								universitetin "Elmi əsərlər"inin 6 nömrəsinin, 
								"Fikir" informasiya bülleteninin yeni poliqrafik 
								tərtibatda çapa hazırlanması, digər nəşrlər 
								barədə danışdı. Vurğulandı ki, universitetdə 
								müasir tələblərə cavab verən nəşriyyat qurulması 
								üçün 5 min manata yaxın dəyəri olan "OKİ C 9650" 
								markalı, "A-3" formatlı, rəngli lazer çap 
								qurğusu, yeni kompüter dəstləri, "Rizoqraf" çap 
								avadanlığı, kağızkəsən qurğu, laminator və digər 
								avadanlıqlar alınmış, mətbəənin çap  sexində 
								əsaslı təmir və yenidənqurma işləri aparılmışdır 
								ki, bu da ən müasir poliqrafiya standartlarına 
								uyğun məhsullar çap etməyə imkan verir.  
								 
								Elmi Şurada 
								ənənəvi olaraq il ərzində məhsuldar elmi 
								yaradıcılığı, nailiyyətləri ilə fərqlənən 6 
								nəfər "İlin alimi" adı ilə təltif olundu. Qeyd 
								edək ki, "İctimai və humanitar elmlər" və 
								"Təbiətşünaslıq və dəqiq elmlər" nominasiyaları 
								üzrə müəyyən edilən bu mükafata Azərbaycan 
								ədəbiyyatı kafedrasının müdiri, filologiya 
								elmləri doktoru Əsgər Qədimov, Memarlıq 
								kafedrasının müdiri, memarlıq namizədi Qadir 
								Əliyev, İqtisad fakültəsinin dekan müavini, 
								iqtisad elmləri namizədi, dosent Müslüm 
								Cabbarzadə, Malikəjdər İbrahimov, İqtisad 
								fakültəsinin dekanı, iqtisad elmləri doktoru, 
								rrofessor Ağarza Rüstəmov, Rabitə və informasiya 
								texnologiyaları kafedrasının müdiri, texnika 
								elmləri namizədi, dosent Cavanşir Zeynalov layiq 
								görülmüşdür. Qaliblərə diplomlar və pul 
								mükafatları təqdim olundu. 
								Elmi Şurada 
								digər cari məsələlər də müzakirə olundu.   
								
								
								Mehriban SULTAN  | 
								  |