| 
								 Azərbaycan 
								Dillər Universitetində TEMPUS layihəsi 
								çərçivəsində ilk təlimlərə start verilib. 
								
								 Fevralın 
								1-dən 5-dək  davam edəcək  təlimlərdə  
								Azərbaycan Dillər Universitetinin, Naxçıvan 
								Dövlət Universitetinin, Gəncə Dövlət 
								Universitetinin, Lənkəran Dövlət 
								Universitetinin, eləcə də  Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun 111 müəllimi iştirak edir.  
								Təlimlər ADU-nun Xarici dillərin tədrisi 
								metodikası kafedrasının müdiri, professor Gülnar 
								Hüseynzadə, Təhsildə innovasiyalar və əlavə 
								təhsil kafedrasının baş müəllimi Vəfa Yunusova, 
								Fransız dilinin tərcüməsi kafedrasının baş 
								müəllimi Xədicə Əyyubova, Alman dilinin 
								tərcüməsi kafedrasının baş müəllimi Lətifə  
								Qurbanova, İngilis dilinin tərcümə nəzəriyyəsi 
								və praktikası  kafedrasının müəllimi, filologiya 
								elmləri namizədi Könül Hüseynova, həmin  
								kafedranın baş müəllimi Təranə Məmmədova, 
								İtalyan dili kafedrasının müəllimi Aydan 
								Sadıqova, İspan dili kafedrasının müəllimi 
								Gülsüm Əliyeva,  Naxçıvan Dövlət Universitetinin 
								müəllimi, filologiya elmləri namizədi Ceyran 
								Quliyeva və Lənkəran Dövlət Universitetinin 
								müəllimi Rəfael Heydərov tərəfindən aparılır.  
								İki qrupda keçirilən təlimlər Azərbaycan və 
								ingilis dillərində təqdim olunur.  Təlimlərdə 
								dil qrupları üzrə praktiki işlər də həyata 
								keçirilir.  Sonda 5 günlük təlimin sorğu 
								əsasında qiymətləndirilməsi aparılacaq. 
								 
								Xatırladaq ki, 
								ADU-nun  "Azərbaycanda şifahi və yazılı 
								tərcümənin tədrisi sahəsində islahatlar" adlı 
								layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü 
								Çağırış üzrə elan etdiyi müsabiqədə qalib 
								gəlmişdir.  Sözügedən layihənin seçilməsi 
								Azərbaycan təhsil sisteminin böyük nailiyyəti 
								kimi qeyd olunmalıdır. Bu Azərbaycandan olan 
								universitetin Avropa Birliyi layihəsində ilk 
								idarəçiliyi  və Avropa universitetlərinin 
								Azərbaycan tərəfindən ilk koordinasiyası 
								olacaqdır. Layihənin məqsədi Boloniya prosesinin 
								tələblərini  nəzərə almaqla Azərbaycanda 
								tərcümənin tədrisində islahatlar aparmaq, tədris 
								planlarını, tədris və təlim prosesini daha da 
								təkmilləşdirməkdir.  
								
								
								ADU-nun Mətbuat xidməti   | 
								  |