| 
								 Qobustan 
								rayonu M.Sahibov adına Ərəbqədim kənd orta 
								məktəbində görkəmli alim, pedaqoq, yazıçı, 
								filologiya elmləri doktoru, professor Əzizə 
								Cəfərzadənin həyat və yaradıcılığına həsr 
								olunmuş tədbir keçirilib. 
								Tədbirdə 
								məktəbin direktoru Rüsxət Bəzirov, şair Füzuli 
								Soltan, məktəbin dil-ədəbiyyat müəllimi Mehman 
								Rəcəbov, yazıçının qohumu, şair Hacı Məmməd 
								Şirvani və digər çıxış edənlər ədibin elmi 
								yaradıcılığı, bir-birindən maraqlı tarixi 
								əsərlərindən, ədəbi-tənqidi görüşlərindən 
								danışaraq bildirdilər ki, Əzizə Cəfərzadə 
								Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca 
								zənginləşməsində mühüm rol oynayıb. Xalq 
								yaradıcılığı ilə klassik ənənələri yeni formada 
								yaşadan Ə.Cəfərzadə eyni zamanda görkəmli 
								tədqiqatçı alim olub. 
								Bu maraqlı 
								tədbirdə məktəbin şagirdləri ədibin əsərləri 
								əsasında hazırladıqları səhnəcikləri nümayiş 
								etdiriblər. 
								Sonda tədbir 
								iştirakçıları Əzizə Cəfərzadənin məzarı önünə 
								tər çiçəklər qoyaraq ziyarət ediblər.  
								
								
								Zaur İBRAHİMOV, 
								Qobustan rayonu Ərəbqədim  
								kənd orta məktəbinin təlim-tərbiyə 
								
								 
								işləri üzrə direktor müavini  |