| 
								 Azərbaycan 
								Respublikası Dövlət Neft Şirkətinin Sosial 
								İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən 
								sosial qurumlar neftçilərə və onların ailə 
								üzvlərinə yüksək səviyyəli xidmət göstərməklə 
								yanaşı, dövlət əhəmiyyətli sosial layihələrin 
								icrasında da yaxından iştirak edirlər. 
								 
								Şirkətin 
								mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 
								Sosial İnkişaf İdarəsi ölkəmizdə təhsilin 
								inkişafını da daim diqqət mərkəzində saxlayır. 
								İdarə tərəfindən 2010-cu ildə təhsil 
								müəssisələrinin tikintisi və əsaslı təmiri ilə 
								bağlı bir sıra layihələr həyata keçirilmişdir. 
								Belə ki, Qusar şəhərində 340 yerlik və Astara 
								rayonunun Kakalos kəndində 624 yerlik orta 
								məktəb binaları inşa olunmuş, yüksək səviyyədə 
								təchiz edilərək, qapılarını gənc nəslin üzünə 
								açmışdır. Ötən il, həmçinin Lerik şəhərində 
								Milli Qəhrəman Valeh Müslümovun adını daşıyan 2 
								nömrəli orta məktəbdə və Xəzər rayonunun Şüvəlan 
								qəsəbəsində 16 nömrəli xüsusi internat-məktəbdə 
								əsaslı təmir işləri ARDNŞ-ın bu idarəsi 
								tərəfindən həyata keçirilmişdir. Azərbaycan 
								Dövlət Neft Akademiyasının binasında dəhliz və 
								auditoriyaların, akt zalının, Heydər Əliyev 
								muzeyinin əsaslı təmiri vaxtında və yüksək 
								keyfiyyətlə başa çatdırılmışdır.  
								İdarənin 
								sifarişi əsasında cari ildə də bir neçə orta 
								ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri 
								nəzərdə tutulmuşdur.   |