| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Müəllimlər dərslərini 
		İKT vasitəsilə keçirlər  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Bakıdakı 
								201 nömrəli orta məktəbdə  müəllimlərin 
								dərslərdə İKT-dən istifadə etməsi üçün hər cür  
								şərait yaradılıb.  Məktəbin direktoru Süsən 
								Salmanova bildirir ki, bu gün təhsil ocaqlarında 
								informasiya texnologiyalarının tətbiqi  geniş 
								vüsət alıb. Çünki yaşadığımız dövr yeni 
								texnologiyalar dövrüdür. Burada İKT-nin payı  
								daha çoxdur. Məlumdur ki,  2004-cü ildə ölkə 
								Prezidenti cənab İlham Əliyev "Azərbaycan 
								Respublikasında ümumtəhsil  məktəblərinin 
								informasiya və kommunikasiya texnologiyaları ilə 
								təminatı Proqramı (2005-2007-ci illər)"nın 
								təsdiqinə dair Sərəncam imzalamışdır. Həmin 
								sərəncamdan irəli gələn vəzifələri  
								fəaliyyətinin prioritet  istiqaməti kimi qəbul   
								edən  pedaqoji kollektivin köməkliyi  ilə 
								məktəbdə İKT sahəsində  xeyli  işlər  görülüb.  
								O cümlədən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								və Azərbaycan Respublikası Dövlət Neft 
								Şirkətinin  dəstəyi ilə  müasir tələblərə cavab 
								verən 5  informatika kabineti yaradılıb və 
								kabinetlərdə, direktor otağında, kitabxanada və 
								digər otaqlarda cəmi 66  kompüter quraşdırılıb.  
								Bütün bunlar   müəllimlərə  imkan verir ki,  
								dərslərdə  informasiya texnologiyalarından geniş 
								istifadə edə bilsinlər. 
								Hazırda  
								müəllimlərdən Rəfiqə Qəniyeva, Ulduz  
								İbrahimova, Zenfira Əliyeva və başqaları   öz 
								dərslərini   interaktiv təlim metodlarından 
								istifadə etməklə, Milli Kurikulumun tələbləri 
								səviyyəsində  İKT vasitəsilə  keçirlər.  
								Keçilmiş hər bir dərs   şagirdlər  tərəfindən 
								yaxşı mənimsənilir. Həm də şagirdlərdə ətraf 
								aləmi informasiya sistemi baxımından təhlil və 
								qərar qəbul etmək bacarıqlarının 
								formalaşdırılması, onların informasiya və 
								kommunikasiya texnologiyalarından istifadəyə 
								hazırlanması təmin olunur.   
								
								
								Şakir CƏFƏROV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |