| 
								 
								Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında Şirvan şəhəri ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinə görə 
								nəticələri, bu nəticələrin keçən il ilə 
								müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət 
								göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif 
								fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.
								 
								2009-2010-cu 
								dərs ilində Şirvan şəhərinin 14 tam orta 
								ümumtəhsil məktəbinin XI siniflərində 748 şagird 
								təhsil almışdır. Onların 703-ü (93,98%) 
								buraxılış imtahanlarında iştirak etmiş və 635 
								nəfəri (84,89%) yekun nəticəyə görə attestat 
								almışdır. Buraxılış imtahanlarında iştirak edən 
								703 şagirddən  388 nəfəri oğlan, 315 nəfəri isə 
								qızdır. Şagirdlərin 664-ü Azərbaycan, 39 nəfəri 
								isə rus bölməsinin şagirdidir. Şəhər üzrə səkkiz 
								nəfər şagird (2, 9, 16, 18, 20 nömrəli 
								ümumtəhsil məktəblərinin hərəsindən bir, 10 
								nömrəli məktəbdən isə üç nəfər) bütün fənlərdən 
								"beş" qiymət almışdır. Yalnız bir nəfər şagird 
								(20 nömrəli məktəbdən) bütün fənlərdən "iki" 
								qiymət almışdır.  
								Şirvan 
								şəhərinin səkkiz fənn üzrə göstəricilərinin 
								respublika üzrə göstəricilərlə müqayisəsi 
								aşağıdakı diaqramdan aydın görünür. 
								   
								Göründüyü 
								kimi, ana dilindən başqa bütün  fənlərdən 
								keyfiyyət göstəriciləri respublika üzrə 
								keyfiyyət göstəricilərindən yüksəkdir. 
								2008-2009 və 
								2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								səkkiz fənn üzrə Şirvan şəhər ümumtəhsil 
								məktəblərinin keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili aşağıdakı diaqramda 
								verilmişdir: 
								  
								Yalnız ana 
								dili fənnindən qismən (0,39%) geriləmə müşahidə 
								olunur, əksinə qalan bütün fənlərdən isə 
								keyfiyyət göstəricilərində müəyyən yüksəlişin 
								olduğu nəzərə çarpır. Ümumilikdə Şirvan şəhəri 
								üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu 
								dərs ilinə nisbətən  5,75% artmışdır.  
								
								2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş buraxılış imtahanlarında 
								fənlər üzrə yekun keyfiyyət göstəriciləri 
								  
								Fənlər üzrə 
								yekun göstəricilərə nəzər saldıqda Şirvan 
								şəhərində Azərbaycan tarixi, fizika və coğrafiya 
								fənlərinin digər fənlərə nisbətən daha yaxşı 
								tədris olunduğu müşahidə olunur. Məktəblərin 
								vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, 
								xarici dil fənlərindən 9 məktəbin (64,29%), 
								coğrafiya, riyaziyyat, fizika fənlərindən 8 
								məktəbin (57,14%), biologiya, ana dili və kimya 
								fənlərindən 7 məktəbin (50,00%)  keyfiyyət 
								göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən 
								yüksəkdir.  
								Şirvan 
								şəhərinin tam orta ümumtəhsil məktəblərinin 
								buraxılış imtahanlarının nəticələrinə görə 
								keyfiyyət və reytinq göstəricilərinin müqayisəli 
								təhlili aşağıdakı cədvəldə verilmişdir: 
								
								Cədvəldən 
								göründüyü kimi, Şirvan şəhər 11 və 13 nömrəli 
								ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun 
								olaraq 8 və 9-cu yerləri tutduqları halda, 
								keyfiyyət cədvəlində həmin məktəblər müvafiq 
								olaraq 4 və 5-ci yerləri tuturlar. Bu isə o 
								deməkdir ki, həmin məktəblərin şagirdləri daha 
								çox suala düzgün cavab verərək yüksək qiymətlər 
								alıblar. Əksinə,  Şirvan şəhər 1 və 2 nömrəli 
								ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun 
								olaraq, 3 və 6-cı yerləri tutmalarına 
								baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər 
								müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar. 
								Keyfiyyət 
								göstəricisinə görə məktəblərin sıralanmasında 
								ilk və son iki yeri tutan məktəblərin 
								göstəriciləri  aşağıdakı kimidir: 
								Şirvan şəhər 9 
								nömrəli tam orta ümumtəhsil məktəbində 26 şagird 
								buraxılış imtahanlarında iştirak etmiş və orta 
								statistik şagird ana dilindən 14,96 suala  
								(59,85%), riyaziyyatdan 16,00 suala  (64,00%), 
								Azərbaycan tarixindən 9,65 suala  (64,36%), 
								fizikadan 6,50 suala (65,00%), kimyadan 6,23 
								suala  (62,31%), biologiyadan 6,96 suala  
								(69,62%), coğrafiyadan 6,69 suala  (66,92%), 
								xarici dildən isə 6,96 suala  (46,41%) düzgün 
								cavab vermişdir.  
								Şirvan şəhər 
								21 nömrəli tam orta ümumtəhsil məktəbindən 53 
								şagird buraxılış imtahanlarında iştirak etmiş və 
								orta statistik şagird ana dilindən 14,26 suala  
								(57,06%), riyaziyyatdan 15,74 suala  (62,94%), 
								Azərbaycan tarixindən 10,08 suala  (67,17%), 
								fizikadan 6,28 suala (62,83%), kimyadan 6,26 
								suala  (62,64%), biologiyadan 6,58 suala  
								(65,85%), coğrafiyadan 6,58 suala  (65,85%), 
								xarici dildən isə 7,06 suala  (47,04%) düzgün 
								cavab vermişdir.  
								Şirvan şəhər 4 
								nömrəli tam orta ümumtəhsil məktəbindən 45 
								şagird buraxılış imtahanlarında iştirak etmiş və 
								orta statistik şagird ana dilindən 8,33 suala 
								(33,33%), riyaziyyatdan 10,76 suala  (43,02%), 
								Azərbaycan tarixindən 6,82 suala  (45,48%), 
								fizikadan 4,51 suala  (45,11%), kimyadan 4,53 
								suala (45,33%), biologiyadan 3,98 suala  
								(39,78%), coğrafiyadan 4,11 suala  (41,11%), 
								xarici dildən isə 4,24 suala (28,30%) düzgün 
								cavab vermişdir.  
								Şirvan şəhər 
								12 nömrəli tam orta ümumtəhsil məktəbindən 23 
								şagird buraxılış imtahanlarında iştirak etmiş və 
								orta statistik şagird ana dilindən 6,70 suala  
								(26,78%), riyaziyyatdan 8,87 suala  (35,48%), 
								Azərbaycan tarixindən 4,61 suala  (30,72%), 
								fizikadan 3,70 suala (36,96%), kimyadan 3,22 
								suala  (32,17%), biologiyadan 3,30 suala  
								(33,04%), coğrafiyadan 2,57 suala  (25,65%), 
								xarici dildən isə 4,22 suala  (28,12%) düzgün 
								cavab vermişdir. Məktəblərin 8 fənn üzrə 
								göstəricilərinin şəhərin göstəriciləri ilə 
								müqayisəli təhlili aşağıdakı qrafiklərdən  daha 
								aydın görünür. 
								Şirvan şəhəri 
								və Şirvan şəhər 9 nömrəli ümumtəhsil məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								Şirvan şəhəri 
								və Şirvan şəhər 21 nömrəli ümumtəhsil məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								Şirvan şəhəri 
								və Şirvan şəhər  4 nömrəli ümumtəhsil məktəbinin 
								səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin 
								müqayisəli təhlili 
								
								  
								Şirvan şəhəri 
								və Şirvan şəhər 12 nömrəli ümumtəhsil  
								məktəbinin səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəli təhlili 
								
								  
								Şirvan şəhər 
								ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə 
								keyfiyyət göstəriciləri 
								
								  
								Cədvəldən 
								göründüyü kimi, şəhər üzrə orta statistik şagird 
								ana dili fənnindən sualların 50,08%-nə düzgün 
								cavab vermişdir. Qızların düzgün cavabları 
								51,77%, Azərbaycan bölməsinin düzgün cavabları 
								isə 50,46% olmuşdur, bu da şəhər üzrə 
								göstəricidən yuxarıdır. Azərbaycan və rus 
								bölmələrinin, eləcə də oğlanlar ilə qızların 
								keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı 
								diaqramlardan daha aydın görünür. 
								
								  
								Oğlanların və 
								qızların səkkiz fənn üzrə keyfiyyət 
								göstəricilərinin müqayisəsi 
								
								  
								2008-2009 və 
								2009-2010-cu dərs illərində səkkiz fənni 
								qiymətlər üzrə müqayisə etdikdə bütün fənlərdən 
								"2" qiymət alanların faiz göstəricisinin aşağı 
								düşdüyünü müşahidə edirik. "2" qiymət alanların 
								sayı ana dilindən 3,30%, riyaziyyatdan 10,68%, 
								Azərbaycan tarixindən 5,65%, fizikadan 4,96%, 
								kimyadan 3,76%, biologiyadan 4,49%, coğrafiyadan 
								0,93% və xarici dildən 6,93% azalmışdır. 
								Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 890 
								şagirddən 849 nəfəri imtahanlarda iştirak etmiş 
								və bunlardan 515-i, yəni 60,66%-i, 2009-2010-cu 
								dərs ilində isə 748 şagirddən 703  nəfəri 
								imtahanlarda iştirak etmiş və bunlardan 496-sı, 
								yəni 70,55%-i müvəffəqiyyət qazanmışdır. Son 
								nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə 
								Şirvan şəhəri üzrə müvəffəqiyyət faizinin 9,89% 
								artdığını görürük. Aşağıdakı cədvəlin köməyi ilə 
								digər qiymətlərə görə də iki ilin müqayisəli 
								təhlilini aparmaq olar. 
								
								
								
								Təhsil Nazirliyinin Monitorinq  
								və qiymətləndirmə şöbəsi  | 
								  |