| 
								 "Ümumtəhsil 
								məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq 
								edilməsi haqqında" Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar 
								tarixli 5 nömrəli qərarını elan edirəm: 
								"Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								tətbiq edilməsi barədə" Azərbaycan Respublikası 
								Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 
								nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını 
								təmin etmək məqsədi ilə Azərbaycan 
								Respublikasının Nazirlər Kabineti qərara alır: 
								1. "Ümumtəhsil 
								məktəbinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin 
								(əlavə olunur). 
								2. Bu qərar 
								imzalandığı gündən qüvvəyə minir.  
								
								
								A.RASİZADƏ, 
								Azərbaycan Respublikasının Baş naziri"  
								Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 
								yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq 
								olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi 
								Nizamnaməsi"nin tətbiqi ilə əlaqədar  
								
								
								
								ƏMR EDİRƏM:  
								1. Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 
								yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq 
								olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi 
								Nizamnaməsi" rəhbərlik və icra üçün qəbul 
								edilsin. 
								2. Ümumtəhsil 
								məktəblərinin direktorlarına tapşırılsın ki, 1 
								(bir) ay müddətində Nümunəvi Nizamnaməyə uyğun 
								olaraq rəhbərlik etdikləri təhsil 
								müəssisələrinin fərdi nizamnaməsini hazırlayıb 
								təsdiq və qanunvericiliklə müəyyən olunmuş 
								qaydada Ədliyyə Nazirliyinin müvafiq qurumunda 
								qeydiyyata alınmasını həyata keçirmək üçün 
								Təhsil Nazirliyinə təqdim etsinlər. 
								3. Naxçıvan MR 
								Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon 
								(şəhər) təhsil şöbələri, tabeliyindən və 
								təşkilati-hüquqi formasından asılı olmayaraq, 
								respublika ərazisində yerləşən bütün ümumtəhsil 
								məktəblərinin direktorları: 
								3.1. 
								"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 
								pedaqoji kollektivlərdə ətraflı öyrənilməsini, 
								Nümunəvi Nizamnamə ilə valideynlərin yaxından 
								tanış olmalarını təmin etsinlər. 
								3.2. 
								Ümumtəhsil məktəblərinin bütün istiqamətlər üzrə 
								fəaliyyətinin fərdi nizamnamələrindən, habelə bu 
								Nümunəvi Nizamnamədən irəli gələn müddəa və 
								tələblər əsasında qurulmasına müntəzəm nəzarət 
								etsinlər. 
								4. Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 2 
								həftə müddətinə Nümunəvi Nizamnamənin 
								müddəalarının həyata keçirilməsi istiqamətləri 
								barədə izah xarakterli təlimati məktub 
								hazırlayıb rəhbərliyə təqdim etsin. 
								5. Nümunəvi 
								Nizamnamənin 13 yanvar 2011-ci il tarixdən 
								qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 
								mart tarixli 109 nömrəli qərarı ilə təsdiq 
								edilmiş "Azərbaycan Respublikası ümumtəhsil 
								məktəbinin nümunəvi əsasnaməsi" qüvvədən düşmüş 
								hesab olunsun. 
								6. 
								İctimaiyyətlə əlaqə şöbəsi  (B.Hüseynzadə) əmrin 
								əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" 
								qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc 
								olunmasını təmin etsin. 
								7. Ümumi şöbə 
								(H.Məmmədova) əmrin əlavəsi ilə birlikdə 
								çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin. 
								8. Əmrin 
								icrasına nəzarət nazir müavini İ.İsgəndərova 
								həvalə olunsun.  
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								10 fevral 2011-ci il  |