| 
								 
								 Fevralın 
								8-də Bakıdakı 95  nömrəli orta məktəbdə  
								xalqımızın vətənpərvər, qeyrətli oğullarından 
								biri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz 
								İbrahimovun doğum günü münasibəti  ilə tədbir  
								keçirildi.  
								Tədbiri giriş 
								sözü ilə məktəbin direktoru Tahir Süleymanov 
								açaraq Mübariz İbrahimovun torpaqlarımızın 
								bütövlüyü uğrunda göstərdiyi misilsiz 
								rəşadətindən danışdı. Bildirdi ki, Mübariz kimi 
								oğulları olan xalq heç vaxt basılmaz. 
								 
								Gecənin 
								aparıcıları Sərvər və Nərmin Milli Qəhrəmanın 
								həyat yolundan, göstərdiyi igidliklərindən 
								söhbət açdılar.  Şagirdlər Mübariz İbrahimova 
								həsr olunan şeirlər söylədilər, mahnılar ifa 
								etdilər, səhnəciklər  göstərdilər.  
								Tədbir Mübariz 
								İbrahimova həsr olunmuş filmin nümayişi ilə başa 
								çatdı.  
								
								
								*** 
								Həmin gün 
								Bakıdakı  144 nömrəli orta ümumtəhsil məktəbində 
								də qeyd edildi. Dövlət himninin səslənməsi ilə 
								başlayan tədbiri açıq elan edən Raya 
								Allahverdiyeva xalqımızın igid oğullarından biri 
								olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında 
								geniş danışaraq onun ruhən həmişə hər bir 
								azərbaycanlının  qəlbində yaşayacağını dedi. 
								IV "b" sinif 
								şagirdi Hüseyn 1988-ci il fevralın 7-də 
								Biləsuvar rayonunun Əliabad kəndində dünyaya 
								gələn  Mübariz İbrahimovun həyatı və göstərdiyi 
								igidlik barədə tədbir iştirakçılarına geniş 
								məlumat verdi.   
								Gecədə çıxış 
								edən qonaqlar da Milli Qəhrəman haqqında böyük 
								fəxrlə danışdılar.  
								Şagirdlər 
								Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan 
								şeirlər dedilər, mahnılar söylədilər. 
								 
								Tədbir Milli 
								Qəhrəmana aid filmin nümayişi ilə başa çatdı.
								 
								
								
								Rəşad ZİYADOV  |