| 
								 Bakıdakı 60 
								nömrəli körpələr evi-uşaq bağçasının müdiri Bikə 
								xanım 29 ildir ki, işlədiyi bağçaya rəhbərlik 
								edir. Öz doğma evi sandığı bu  bağçanın hər bir 
								işində onun əl izləri var. Buna görə də 29 il 
								bundan  qabaq   bu bağçada tərbiyə  alan uşaqlar 
								hələ  də onu unutmur və doğma anaları qədər 
								sevirlər.  
								Hazırda 
								bağçada 75 uşağın tərbiyəsi ilə  yeddi tərbiyəçi 
								və bir musiqi müəllimi   məşğul olur. Tərbiyəçi 
								müəllimlər  qruplarda məşğələləri yüksək 
								səviyyədə qurur   və    balaca  körpələrə əsl  
								doğma ana qayğısı göstərirlər. 
								Burada tez-tez 
								maraqlı tədbirlər  keçirilir və bu tədbirlərdə 
								tərbiyəçilərdən Şəfiqə Ağayeva, Əsli Əliyeva, 
								Zöhrə Şahverdiyeva və başqaları    fəal iştirak 
								edirlər. 
								Valideynlər də 
								bu tədbirlərin fəal iştirakçısı olur və körpə 
								balalara göstərilən xidmətdən razılıq 
								edirlər.    
								
								
								Şakir CƏFƏROV  |