| 
								 Ümumtəhsil 
								məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş 
								qaydada keçirilən buraxılış imtahanlarında 
								xarici dil fənni üzrə test tapşırıqları tərtib 
								edilərkən tam kurs,  yəni keçilmiş bütün 
								mövzular əhatə olunmuşdur. 
								
								 Test 
								tapşırıqlarının sayı hər variantda 15 olmaqla  
								asan, orta, çətin səviyyələr üzrə 
								qruplaşdırılmışdır və təkcə qrammatika deyil, 
								həmçinin şagirdlərin dil vərdiş və bacarıqları 
								da nəzərə alınmışdır:  
								* hərf və 
								səsləri bir-birindən fərqləndirə bilmək 
								* artikllərin 
								işlənmə yerini - birləşmələrdə yerində və düzgün 
								istifadə etməyi bacarmaq 
								* sifət və 
								zərf, onların dərəcələrinin düzgün seçilməsi 
								* əvəzliklərin 
								düzgün işlədilməsi 
								* sözdüzəltmə; 
								verilmiş suffiks və prefikslərin köməyi ilə 
								sözlər düzəltmək, sadə, düzəltmə və mürəkkəb 
								sözləri - isimləri fərqləndirmək 
								* leksik 
								minimum dairəsində sözlərin sinonim və 
								antonimini seçə bilmək 
								* sözlərin bu 
								və ya digər nitq hissəsinə aid olduğunu ayırd 
								edə bilmək 
								* 
								sözönülərindən yerində istifadə etmək 
								* bağlayıcı və 
								ədatları  düzgün seçmək və yerində işlətmək 
								* düzgün sual 
								və inkar cümlələrini seçə bilmək  
								* fellərin 
								müxtəlif zamanlarını düzəltmək və onları  
								cümlədə işlətmək, eləcə də zamanların uzlaşması 
								qaydasını bilmək 
								* felin məlum 
								və məchul növdə düzgün işlənməsini bilmək 
								* modal, 
								bağlayıcı və köməkçi fellərin işlənməsi yerini 
								düzgün müəyyən etmək 
								* verilmiş 
								kiçikhəcmli orta çətinlikli mətnləri məntiqi,  
								düzgün və ardıcıl tamamlamaq 
								* düzgün sual 
								cümləsi qurmaq 
								* düzgun 
								cümləni seçmək  
								* düzgün sozü 
								və ya variantı seçə bilmək,  məntiqi testləri 
								anlamaq 
								* vasitəsiz 
								nitqi vasitəli nitqə (və ya əksinə) çevirə 
								bilmək  
								Əyanilik üçün 
								ingilis dilindən istifadə olunmuş test 
								nümunələrinə nəzər yetirək: 
								1. Choose 
								the line of words with the sound [ıə]. 
								 
								A) engineer, 
								deer, fear, pear 
								B) beer, dear, 
								here, near 
								C) tear, stay, 
								clear, fare 
								D) where, ear, 
								dare, stairs 
								E) wear, fair, 
								chair, year  
								Göründüyü 
								kimi, bu test tapşırığı  fonetika bəhsinə 
								aiddir. 
								Fonetika dilin 
								səslərdən bəhs edən bir hissəsidir. Hər bir 
								dilin özünəməxsus fonetik quruluşu var. Hər 
								hansı bir dili öyrənmək üçün əvvəlcə onun səs 
								sistemini, sözlərin vurğusunu öyrənmək lazımdır.
								 
								Biz səsləri 
								tələffüz edirik və eşidirik, hərfləri isə 
								yazırıq və görürük. İngilis dilində olan sait 
								səslər monoftonqlara və diftonqlara bölünür. 
								Monoftonqlar tək avazlı, diftonqlar isə cüt 
								avazlı səslərdir. Verilən test tapşırığında 
								məqsəd şagirdlərin variantlarda verilmiş 
								sözlərdə [ıə] diftonqunun düzgün tələffüzünü 
								bilib-bilmədiklərini yoxlamaqdır. 
								E variantında 
								"fair", "chair" sözləri,    
								D-də "dare", 
								"stairs",   
								C variantında 
								"fare",    
								A - da  isə 
								"pear" sözlərində [ea] diftonqu kimi səslənir. 
								Beləliklə,  B 
								variantı düzgün cavabdır. 
								Bu tapşırığa 
								şagirdlərin 79,89%-i düzgün, 15,08% isə yanlış 
								cavab vermişdir. Bu da onu göstərir ki, bu mövzu 
								şagirdlərimiz tərəfindən yaxşı 
								mənimsənilmişdir.  
								2. Choose 
								the correct nouns in the possessive case. 
								1. That  man‘s 
								driving so fast. 
								2. Max‘s got 
								some books by Charlotte Bronte. 
								3. Our host‘s 
								dogs stopped barking.  
								4. Your 
								brother‘s here. 
								5. The 
								postman‘s little son is naughty. 
								A) 3, 
								4                
								B) 1, 
								5            
								C) 2, 3  
								 
								D) 3, 
								5               
								E) 4, 5   
								Bu test 
								tapşırığı ismin yiyəlik halı mövzusuna aiddir. 
								İngilis dilində ismin yiyəlik halı əsasən şəxs 
								və əşya arasında mövcud olan yiyəlik, sahiblik 
								əlaqəsini, yəni bu və ya digər əşyanın kimə 
								məxsus olduğunu bildirir. Habelə, məlumdur ki, 
								isimlərin yiyəlik halını düzəltmək ücün tək 
								isimlərin sonuna ‘s şəkilçisi artırılır,  eləcə 
								də yiyəlik halı ‘s şəkilçisi ilə düzəlməyən cəm 
								isimlərin yiyəlik halı da eyni cür, yəni ‘s 
								şəkilçisi artırmaqla düzəlir. S şəkilçisi qəbul 
								edən cəm isimlərin yiyəlik halını düzəltmək üçün 
								sözün sonuna sadəcə apostrof - ‘ işarəsi qoymaq 
								lazımdır.  
								Bunu da bilmək 
								vacibdir ki, ingilis dilində bir çox qısaltmalar 
								var, məsələn: "is",  "has"  felləri, "us" 
								əvəzliyi qısaldılmış formada ‘s kimi verilir. Bu 
								səbəbdən 1-ci cümlədəki ‘s -  "is"-in  
								qısaldılmış formasıdır,  
								2-ci cümlədəki 
								‘s "has"-ın qısaldılmış formasıdır, 4-cü 
								cümlədəki ‘s  yenə də "is" - in qısaldılmış 
								formasıdır. Beləliklə də, 3-cü və 5-ci cümlələr 
								düzgün cavabdır: Bizim ev sahibinin itləri və 
								Poçtalyonun kiçik oğlu - ismin yiyəlik halında 
								olan cümlələrdir. 
								Cavab:  D 
								variantıdır. 
								Bu test 
								tapşırığını 59%-ə yaxın şagirdlər doğru,  33,27% 
								isə yanlış cavablandırmışdır. Bu isə heç də pis 
								göstərici deyil.  
								3. Choose 
								the correct articles. 
								
								...Sheremetyevo is one of the best airports. 
								ItTs... large airport. 
								A) -, 
								a              
								B) the, 
								the       
								C) the, -
								 
								D) -, 
								the           
								E) a, -  
								Bu test 
								tapşırığı artikl mövzusuna aiddir.  İngilis 
								dilində Azərbaycan dilinə xas olmayan külli 
								miqdarda öyrənilməli və yadda saxlanılmalı 
								qaydalar vardır; bu dildə bəzi sözlərin isim 
								olması onların qarşısında artiklin işlədilməsi 
								ilə müəyyən edilir. Artiklin başlıca vəzifəsi 
								ismə xas olan qeyri-müəyyənlik və müəyyənlik 
								kateqoriyalarını ifadə etməkdən ibarətdir.
								 
								İngilis 
								dilində 2 cür artikl vardır: qeyri-müəyyən 
								artikl (a, an)  və müəyyən artikl (the). 
								Qeyri-müəyyən artikl Azərbaycan dilinə konkret 
								isimlərlə işlənərkən "bir" sözü kimi tərcümə 
								edilir və ya heç tərcümə edilmir,  başqa bir 
								halda isə "to be" felindən sonra ismin 
								necəliyindən danışıb, onu təsvir etdikdə də 
								işlənə bilər. Cümlənin ikinci hissəsi buna 
								nümunədər. Müəyyənlik artikli isə çox vaxt işarə 
								əvəzliyi kimi tərcümə edilir. Bir sıra hallarda 
								- xüsusi adların qarşısında, şəhərlər, küçələr, 
								meydanlar, aeroport adları qarşısında - (testin 
								1-ci hissəsi buna misaldır)  artikl işlənmir. Bu 
								səbəbdən B, C, D, E cavabları səhvdir. 
								 
								Doğru cavab:  
								A variantıdır. 
								Şagirdlərin 
								46,89%-i bu tapşırığa düzgün cavab vermişlər. 
								49,35% isə yanlış variantlar seçmişlər. 
								Ümumiyyətlə,  nəzərə alsaq ki,  artikl bəhsi  
								Azərbaycan dilində qarşılığı olmayan və ingilis 
								dilində çətin hesab olunan bəhslərdən biridir,  
								təbii ki,  doğru cavab faizini qənaətbəxş hesab 
								etmək olar.  
								4. Choose 
								the correct degree of the adjective or the 
								adverb. 
								This method 
								seems... than the other one and people speak... 
								of it. 
								A) successful, 
								highly 
								B) more 
								successfully, highest 
								C) more 
								successfully, most highly 
								D) more 
								successful, highly 
								E) much more 
								successful, high  
								Verilən test 
								tapşırığı sifət və zərf mövzusuna aiddir. 
								Azərbaycan dilində olduğu kimi ingilis dilində 
								də sifət şəxs və əşyanın necəliyini bildirir. 
								Sifətlər sadə, düzəltmə, mürəkkəb ola bilir və 
								onların üç - adi, müqayisə və üstünlük 
								dərəcələri vardır. 1 və 2 hecalı sifətlərdə 
								müqayisə dərəcəsi "er" şəkilçisi vasitəsilə, 
								çoxhecalı sifətlərdə isə "more" sözü vasitəsi 
								ilə düzəlir. Əgər sifətlər ismin keyfiyyətini 
								bildirirsə, zərflər də hərəkətlərin keyfiyyətini 
								bildirir. Zərflər mənalarına görə hərəkətin 
								zamanını, yerıni, səbəbini, tərzini, necə baş 
								verdiyini, dərəcəsini və s. bildirir. 
								 
								Zərflər də 
								sadə, düzəltmə, mürəkkəb olurlar, düzəltmə 
								zərflər isə "ly" şəkilçisi vasitəsilə düzəlir.  
								İngilis dilində bir sıra fellərdən (onlara feli 
								bağlayıcılar deyilir) sonra zərf işlənmir və 
								"seem" feli də həmin bu qrupa aid olan 
								fellərdəndir.  
								B və C 
								variantları  elə  məhz bu səbəbdən səhvdir.
								 
								Cümlədə "than" 
								bağlayıcısı sifətin müqayisə dərəcəsini tələb 
								etdiyindən A -variantı da səhv cavabdır. 
								Cümlənin 2-ci hissəsində isə "speak" sözu zərf  
								tələb etdiyindən E variantı da səhvdir. 
								 
								Ümumiyyətlə, 
								artikl bəhsi ingilis dilində çətin hesab olunan 
								bəhslərdən biridir, doğru cavab D variantıdır. 
								Bu tapşırığa 
								şagirdlərin 67,59% düzgün,  26,56% şagird yanlış 
								cavab vermişdir. Sifət və zərf bəhsi 
								dərsliklərimizdə kifayət qədər geniş  
								verildiyindən şagirdlərimiz bu bəhsləri lazımi 
								qədər yaxşı anlamış və  ona görə də bu suala 
								imtina faizi çox azdır.   
								5. Choose 
								the correct pronouns. 
								I haven‘t been 
								able to find... who might be able to help me. 
								There must be ...who knows how to fill out this 
								application form. 
								A) anyone, 
								someone             
								B) no one, 
								someone        
								C) anyone, no 
								one                
								D) no one, 
								anyone         
								E) someone, 
								anyone  
								Bu test 
								tapşırığı əvəzlik mövzusuna aiddir.  Əvəzlik 
								əsas nitq hissələrindən biri olub ümumiləşdirmə 
								xüsusiyyətinə malikdir. Məsələn, danışan "I", 
								dinləyən "you", haqqında danışılanlar isə "she, 
								he, it" əvəzlikləri ilə əvəzlənir.  
								İngilis 
								dilində 11 cür əvəzlik vardır: şəxs əvəzliyi, 
								yiyəlik əvəzliyi, qayıdış əvəzliyi, 
								qeyri-müəyyən əvəzlik və s. Bu test tapşırığı 
								"some" və "any" qeyri-müəyyən əvəzliklərinin 
								törəmələrinə aid test nümunəsidir. 
								Verilən 
								cümlənin inkar cümlə olduğunu nəzərə alsaq, 
								aydın olur ki "some" və onun törəmələri əsasən 
								təsdiq cümlələrində işlənir, buna görə də E - 
								səhv variantdır. İngilis dilində bir cümlədə  
								iki inkar bildirən əvəzlik "no", "none", 
								"neither" və yaxud inkar hissəciyi "not" eyni 
								vaxtda işlənə bilməz, buna əsasən  B, C, D 
								variantları da səhvdir.  
								Tərcümə etsək 
								görərik ki, doğru cavab  A variantıdır. 
								 
								Şagirdlərin 
								58,39%-i bu tapşırığı düzgün, 30,24% isə yanlış 
								cavablandırıb ki, bu da pis göstərici deyil. 
								Amma dərsliklərimizdə bu nitq hissəsi kifayət 
								qədər geniş işıqlandırıldığından şagirdlər daha 
								diqqətli olsaydılar, bu tapşırığa  doğru cavab 
								faizi daha yüksək ola bilərdi.  
								6. Choose 
								the sentences where the verb "to do" is used as 
								an auxiliary verb. 
								
								1. "Can I do anything for you?" 
								
								I repeated. 
								
								2. You didnTt have to hurt her feelings. 
								
								3. The children will do their best to pass the 
								exams successfully. 
								
								4. Try to do everything as well as you can. 
								
								5. Do you understand my question? 
								A) 2, 
								5           
								B) 2, 3       
								 
								C) 3, 5       
								 
								D) 1, 
								2           
								E) 4, 5  
								Verilən test 
								tapşırığında ’to do’ felinin köməkçi fel kimi 
								işləndiyi cümlələri  tapmaq lazımdır. 
								1-ci cümlədə 
								’do’ əsas məna daşıyan feldir, yəni öz mənasını 
								saxlayıb və - etmək kimi tərcümə olunur. 
								2-ci cümlədə 
								isə ’didn’t’  köməkçi felin inkar formasıdır. 
								 
								3-cü cümlədə 
								’do’ yenə də etmək - əsas məna daşıyan feldir.
								 
								4-cü cümlədə  
								də eyni ilə ’to do’ əsas məna daşıyan feldir.
								 
								5-ci cümlədə 
								isə ’do’  indiki sadə zamanda sual cümlələrində 
								istifadə olunan köməkçi fel kimi işlənmişdir.
								 
								Beləliklə, 
								doğru cavab 2-ci və 5-ci cümlələr, yəni- A 
								variantıdır. 
								Bu test 
								tapşırığına dogru cavab faizi - 47,57%,  yanlış 
								isə 42,14%-dir.  
								Baxmayaraq 
								ki,  bu tapşırığa düzgün cavab faizi çox da az 
								deyil, burada şagirdlərimiz  verilmiş cümlələri 
								sadəcə daha diqqətlə oxuyub tərcümə etsəydilər  
								’to do’ felinin əsas və ya köməkçi fel kimi 
								işlənməsini asanlıqla tapa bilərdilər.  
								7. Choose 
								the correct Exclamatory Sentences. 
								
								1. How beautiful the scenery is! 
								
								2. How talented a painter is! 
								
								3. How well  the cake  tastes! 
								
								4. How sweet the flowers smell! 
								
								5. How difficult was  the text! 
								A) 1, 
								5             
								B) 2, 4     
								 
								C) 1, 
								4            
								D) 3, 
								5             
								E) 2, 3  
								Test tapşırığı 
								nida cümlələrinə aiddır. İngilis dilində hər növ 
								cümlələrin söz sırası olduğu kimi, nida 
								cümlələrinin  də özünəməxsus quruluşu var. 
								Nida 
								cümlələrinin quruluşuna əsasən fel isimdən sonra 
								işlədilir, ona görə 5-ci cümlə səhvdir. 
								 
								’How’ nida 
								sözü ilə başlanan cümlələrdə ’a’ ’an’ 
								qeyri-müəyyən artiklindən istifadə olunmur. Buna 
								görə də  2-ci cümlə də səhvdir.  
								Bir sıra 
								bağlayıcı fellərlə - məsələn (taste, smell, 
								look) - cümlədə yalnız sifət işlənə bilər, ona 
								görə 3-cü cümlə də səhvdir.  
								Beləliklə, 
								doğru cavab 1 və 4 - yəni C variantıdır. 
								 
								Bu test 
								tapşırığına 46,18% şagird düzgün cavab verib, bu 
								da onu göstərir ki, şagirdlərimiz nida 
								cümlələrini kifayət qədər yaxşı mənimsəməyiblər. 
								Belə olmasaydı, 42 % -ə yaxın şagird yanlış 
								cavabları seçməzdi.    
								8. Choose 
								the correct sentence in the Passive Voice. 
								
								1. Was the soup tasty yesterday? 
								
								2. Was the soup eaten yesterday? 
								
								3. Was the soup given to you tasty? 
								
								4. Was the soup given to them?      
								A) 1, 2     
								 
								B) 1, 3     
								 
								C) 3, 4     
								 
								D) 2, 4   
								 
								E) 2, 3  
								Bu test 
								tapşırığı felin məchul növünə - məchul növdə 
								işlənən cümlələrə aiddir. Məchul növ Azərbaycan 
								dilində olduğu kimi ingilis dilində də çox 
								işlənir.  
								İngilis 
								dilində məchul növün qurulması müəyyən qaydalar 
								tələb edir. Belə ki, əgər məlum növdə mübtəda 
								özü hərəkəti icra edirsə,  məchul növdə olan 
								cümlələrdə hərəkətin icrası mübtəda üzərində 
								etdirilir, yəni hərəkət kiminsə tərəfindən 
								etdirilir. 
								Məchul növ ’to 
								be’ felinin müvafiq zamana uyğun forması və əsas 
								məna daşıyan felin 3-cü forması - feli sifət II 
								vasitəsilə düzəlir.  
								1-ci cümlədə 
								əsas məna daşıyan fel yoxdur.  
								3-cü cümlədə 
								isə ’given’   sözü verilmişdir kimi yox, verilən 
								- feli sifət funksiyasında çıxış edib. 
								 
								Beləliklə, 
								doğru cavab D variantıdır. 
								Felin məchul 
								növündə verilən cümlələri şagirdlər sevə-sevə 
								edirlər. Bu test tapşırığına 62%-ə yaxın şagird 
								düzgün cavab verib. Yalnız 28,55% yanlış 
								cavabları seçib.  
								9. Choose 
								the sentence logically correct. 
								
								A) If you want to be a good teacher you must 
								work hard at your profession. 
								
								B) If you want to be a teacher you must not be 
								hardworking. 
								
								C) If you want to be a teacher you must enter 
								Economy University.  
								
								D) If you want to help others you must do 
								nothing. 
								
								E) If you want to buy food you must go to the 
								chemist's.   
								Bu test 
								tapşırığı məntiqi tərcüməyə əsasən tapılmalıdır. 
								Belə cümlələr 
								şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirir, 
								onları düşünməyə sövq edir və məntiqli seçim 
								etməyə yönləndirir. Düzgün tərcümə etsək görərik 
								ki, doğru cavab A variantıdır. 
								Sevindirici 
								haldır ki, məntiqlə əlaqəli tapşırıqları 
								şagirdlərimiz heç də pis yazmayıblar, belə ki, 
								burada doğru cavabı seçənlər 64%-ə yaxındır, 
								yanlış cavab verənlər isə 30,76% təşkil edir.  
								10. 
								Complete the dialogue. 
								- Hi, is that 
								you, Tom? 
								- Yes, itTs 
								me. Hello, Nick. 
								- Tom, would 
								you like to go to the        
								   swimming 
								pool with me? 
								- I’d love to, 
								but I can’t. 
								- Why? 
								- .... 
								
								A) I like the swimming pool very much 
								
								B) My one year old son doesn’t let me 
								C) I am ill 
								
								D) I hate going to the swimming pool 
								
								E) Because the water is normal  
								Verilən dialoq 
								şagirdlərin danışıqda işlətdikləri sual və cavab 
								cümlələrini düzgün anlayıb, düzgün qura 
								bilmələrini yoxlamaqdır. Belə dialoqlarda 
								məntiqi tərcüməyə fikir verilməlidir. Belə ki, 
								şagird tərcüməni düzgün edərsə, cavabı asanlıqla 
								tapa bilər.  
								Doğru cavab C 
								variantıdır. Bu tapşırığa da 63,58% doğru cavab 
								verib, bu  isə o deməkdir ki, şagirdlər məntiqi 
								tapşırıqları etməkdə artıq bir o qədər də 
								çətinlik çəkmirlər. Burada yalnız 29% şagird 
								yanlış cavaba üstünlük vermişdir.  
								Qarşıdakı 
								buraxılış imtahanlarında şagirdlərin 
								qabiliyyətlərini, bilik və bacarıqlarını 
								yoxlamaq məqsədilə müxtəlif səpgili test 
								tapşırıqları təklif olunacaqdır. Onlardan fərqli 
								tərtibata malik bəzi nümunələri nəzərdən 
								keçirək. 
								1. Choose 
								the correct prepositions. 
								George 
								apologized...E breaking the window but his 
								mother went... shouting. 
								A) in, 
								up             
								B) from, 
								-           
								C) at, by   
								 
								D) to, 
								of             
								E) for, on    
								Verilən test 
								tapşırığı sözönü mövzusuna aiddir. Sözönü 
								adlanan nitq hissəsi köməkçi nitq hissəsidir. 
								Sözönləri sadə, düzəltmə, mürəkkəb və s. 
								olurlar. İfadə etdikləri leksik-qrammatik 
								mənalarına görə sözönüləri məkan bildirən: in, 
								at, in front of və s., istiqamət bildirən: to, 
								into, towards və s, zaman bildirən: for, since, 
								after və s. bölünür. Həmçinin sözönüləri 
								tabesizlik və tabelilik bağlayıcıları olmaqla 2 
								qrupa bölünürlər.  
								Bu test 
								tapşırığında verilən "apologized" sözündən sonra 
								tabesizlik əlaqəsi ifadə edən səbəb - nəticə 
								bildirən bağlayıcı olan "for" işlənməlidir. 
								Deməli,  doğru 
								cavab E variantıdır.  
								2. Choose 
								the correct tense forms. 
								We... our 
								holiday in Turkey, but unfortunately we... 
								terrible weather. 
								A) had, 
								have                         
								B) have, had  
								 
								C) had, didn’t 
								have              
								D) had, 
								had       
								E) didnTt  
								have, had  
								Bu test 
								tapşırığı felin zamanları mövzusuna aiddir. A və 
								B variantlarında zaman uzlaşması olmadığından bu 
								variantlar düzgün ola bilməz,  C, D və E 
								variantları arasında seçim etmək üçün tərcümə 
								etsək, məhz tərcümə vasitəsilə cümlənin 2-ci 
								hissəsində ’unforntunately’ sözü təəssüf  
								bildirdiyindən, verilən variantlardan yalnız  D 
								variantının  düzgün cavab olduğunu görərik.  
								3. Choose 
								the correct variant.  
								I wonder, 
								where... after classes. 
								A) he did 
								go          
								B) he 
								went       
								C) did he go 
								D) went 
								he            
								E) did he went 
								  
								Göründüyü 
								kimi, bu test tapşırığı məntiqə və qrammatik 
								qaydaya əsasən tamamlanmalıdır. Bu növ cümlələr 
								ingilis dilində cümlə qurarkən söz sırasını 
								düzgün sıralamaqda böyük əhəmiyyətə malikdir. 
								Cümlə nəqli 
								cümlə olduğundan A, C, E variantları səhvdir.
								 
								Cümlədəki söz 
								ardıcıllığını izləsək D variantının da düzgün 
								olmadığını görərik. 
								Beləliklə, 
								doğru cavab B variantıdır.  
								4. Choose 
								the correct variant. 
								I’m glad they 
								are our neighbours. They are... nice people! 
								A) 
								so                   
								B) such 
								a               
								C) such 
								 
								D) as  
								                
								E) though  
								Bu test 
								tapşırığı mənagücləndirici ədatlara, ’such’ və 
								’so’ işarə əvəzliklərinə aiddir. Azərbaycan 
								dilinə onlar ’elə’, ’belə’ kimi tərcümə olunur. 
								Bildiyimiz kimi, ’so’ ədatından sonra isim 
								işlənmir, yalnız ’such’ ədatından sonra isim 
								işlənir. Buna görə də A variantı səhvdir. 
								D və E 
								variantlarında olan bağlayıcılar  isə mənaca 
								uyğun deyil.  
								Cümlədəki 
								people sözü isə cəm isim olduğundan, 
								qeyri-müəyyən artikllə işlənə bilməz. Deməli, B 
								variantı da səhvdir.  
								Beləliklə, C 
								variantı doğru cavabdır.   
								5.  Choose 
								the correct interrogative  sentence. 
								
								A) Have you been able to pack all the things? 
								
								B) Have you be able to pack all the things? 
								
								C) Was you able to pack all the things? 
								
								D) You have been able to pack all the things, 
								have you? 
								
								E) You will be able to pack all the things, 
								will  you?  
								Bu test 
								tapşırığının mövzusu sual cümlələri və onların 
								düzgün verilməsi - qurulması qaydalarına aiddir. 
								İngilis dilində hər cümlə növünün özünəməxsus 
								söz sırası vardır, o cümlədən də sual 
								cümlələrinin.  
								Ümumi sual 
								cümlələri zamanından asılı olaraq köməkçi fellə 
								başlayır.  
								Xüsusi sual 
								cümləsi  xüsusi sual əvəzlikləri ilə başlayır. 
								Ayırıcı sual isə vergül vasitəsilə ayrılır.  
								Bildiyimiz kimi, bu növ suallarda cümlənin 1-ci 
								hissəsi təsdiqdə olarsa, 2-ci hissəsi inkarlıq 
								bildirməlidir.  
								D 
								variantındakı sual cümləsi bu növ suallardandır. 
								Göründüyü kimi,  bu qayda burada pozulub və buna 
								görə də D səhv variantdır.  
								E variantında 
								eyni qayda tətbiq olunmalı idi, beləliklə, bu 
								variant da səhvdir. 
								C variantında 
								’you’ əvəzliyi ilə ’was’ deyil,  ’were’ feli 
								işlənilməliydi. 
								B-variantında 
								isə ’to have been able to’ ifadəsi düzgün 
								işlədilməyib.  
								Doğru cavab A 
								variantıdır.  
								6. Choose 
								the correct modal verb. 
								Though  the 
								gate was locked, we E to enter the house. 
								A) 
								could                    
								B) were  
								able          
								C) weren’t 
								able         
								D) have 
								to           
								E) donTt have  
								to  
								Bu test 
								tapşırığı modal fellərə aid test nümunəsidir. 
								İngilis dilində modal fellərə naqis fellər də 
								deyilir, onların bir çox özəllikləri vardır, 
								məsələn, onlar  heç vaxt "s" sonluğu qəbul 
								etmir, özlərindən sonra gələn feli "to" 
								hissəciksiz qəbul edir,  özləri sual və inkar 
								formasını düzəldir və s. 
								A variantında 
								"could"- dan sonra "to" gəldiyi üçün, doğru 
								cavab ola bilməz.  
								C variantını 
								tərcümə etsək görərik ki,  bu cümlə məntiqi 
								cəhətdən düzgün deyil, cümlə keçmiş zamanda 
								verildiyindən  D və E variantları  da zamana 
								görə uzlaşmır,  belə ki, düzgün cavab B 
								variantıdır.  
								7. Choose 
								the correct variant. 
								The man looked 
								... and he looked at us ... . 
								A) strangely, 
								angry                 
								B) strange, 
								angrily             
								C) strange, 
								much angrily        
								D) strange, 
								angry               
								E) strangest, 
								angry  
								Verilmiş test 
								tapşırığı sifət/zərf  mövzusuna aid test 
								nümunəsidir.  Bilirik ki, ingilis dilində look 
								feli həm baxmaq, həm də görünmək mənasını verir. 
								Bu cümlədə  look - görünmək mənasında, yəni 
								bağlayıcı fel kimi işləndiyindən özündən sonra 
								sifət tələb edir, lakin cümlənin 1-ci hissəsində 
								zərf verilib, o səbəbdən də A variantı doğru 
								cavab ola bilməz.  
								C variantının 
								2-ci hissəsində much dərəcə zərfi kimi, özündən 
								sonra müqayisə dərəcəsi tələb etdiyindən, bu 
								variant da səhvdir. 
								D və E 
								variantlarında cümlənin 2-ci tərəfində zərf  
								işlənməliydi -  elə ona görə də bu variantlar da 
								doğru ola bilməz. 
								Beləliklə, 
								düzgün variant B-dir.  
								8. Choose 
								the correct pronouns. 
								I didn’t 
								know... about it,  as she told me... 
								A) anything, 
								anything     
								B) something , 
								everything       
								C) anything, 
								nothing       
								D) 
								everything,  no    
								E) any, 
								something     
								Verilmiş test 
								tapşırığı  əvəzlik bəhsinə aiddir.  Bilirik ki, 
								any və onun törəmələri  əsasən suallı və inkarlı 
								cümlələrdə işlədilir.  A variantındakı cümlənin 
								2-ci hissəsində inkarlıq verilmədiyindən, orada 
								anything işlənə bilməz. 
								B variantında 
								cümlənin 1-ci hissəsində inkarlıq olduğundan 
								something işlənə bilməz. 
								D variantı da 
								doğru cavab ola bilməz, çünki no - dan sonra heç 
								bir isim işlənməyib. Deməli,  düzgün cavab C 
								variantıdır.    
								9. Choose 
								the correct sentence in the Passive Voice. 
								The fitter 
								will  repair all the pipes. 
								
								A) All  the pipes will be repaired the fitter. 
								
								B) All the pipes will been  repaired. 
								
								C) All the pipes will be repaired.  
								
								D) All the pipes will  have be repaired. 
								 
								
								E) The fitter will be repair all the pipes.  
								Bu test 
								tapşırığı  felin məchul növünə aiddir. 
								Felin zaman 
								formalarının çoxunun məchul növü vardır. A 
								variantında sonda tamamlığın qarşısında by- 
								tərəfindən sözü verilmədiyindən, bu variant 
								təbii ki, səhvdir. 
								B variantında 
								will köməkçi felindən sonra be əvəzinə been 
								işləndiyindən, bu variant da doğru ola bilməz. 
								Cümlənin özü gələcək sadə zaman formasında  
								verildiyindən,  D variantında have 
								işlədilməməliydi.  
								E variantında  
								isə feli sifətin sonunda "ed" şəkilçisi yoxdur 
								deyə, bu variant da doğru deyil. Deməli, C 
								variantı düzgün cavabdır.  
								10. Choose  
								the correct  interrogative sentence. 
								
								A) How long  did the lesson lasted? 
								
								B) How long  the lesson lasted? 
								
								C) How long  does the lesson last? 
								
								D) How long  do the lesson last? 
								
								E) How long the lesson lasts? 
								Bu test 
								nümunəsində yenə də düzgün xüsusi sual  
								cümləsini tapmaq tələb olunur. 
								A variantında 
								həm köməkçi fel "did",  həm də  əsas felin 
								kökündəki "ed" olduğundan bu səhv variantdır. 
								B və E 
								variantlarında How long sual sozündən sonra 
								köməkçi fel işlənmədiyindən bu variantlar da 
								doğru cavab ola bilməz. 
								D variantı da 
								səhv cavabdır, çünki cümlənin mübtədası təkdə 
								olduğundan  burada "do" deyil, "does" köməkçi 
								feli işlənməliydi. Beləliklə,  düzgün cavab C 
								variantıdır. 
								Gələcəkdə 
								tənqidi təfəkkürü inkişaf etdirən daha dolğun və 
								düşündürücü testlərə üstünlük verməyi 
								düşünürük.  
								
								
								Təhsil Nazirliyinin 
								
								 
								Monitorinq və qiymətləndirmə şöbəsi  |