| 
								 Fənn 
								olimpiadalarının yekun turunun keçirilməsi 
								məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								1. Fənn 
								olimpiadalarının yekun turu 17-18 mart 2011-ci 
								il tarixdə Bakı şəhərində keçirilsin. 
								2. 
								Olimpiadaların yekun turunun iştirakçıları 17 
								mart  2011-ci il tarixdə qəbul edilib aşağıdakı 
								müəssisələrdə yerləşdirilsinlər: 
								- Azərbaycan 
								dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri 
								üzrə nazirlik nəzdindəki S.C.Pişəvəri adına 
								humanitar fənlər gimnaziyasında - F.Yusifov 
								küçəsi, 39, tel.: 567-22-17 
								- riyaziyyat,  
								fizika  və informatika fənləri üzrə nazirlik 
								nəzdindəki fizika-riyaziyyat  və  informatika 
								təmayüllü liseydə - S.Dadaşov  küçəsi,  555-ci 
								məhəllə, tel.: 510-76-28 
								- kimya və 
								biologiya fənləri üzrə nazirlik nəzdindəki 
								kimya-biologiya təmayüllü liseydə - 8-ci 
								kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel.: 
								323-78-42 
								3. 
								Olimpiadaların yekun turu Azərbaycan dili və 
								ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, 
								fizika, kimya, biologiya fənlərindən  
								iştirakçıların yerləşdiyi müəssisələrdə, 
								informatika fənnindən isə BDU-da 18 mart 2011-ci 
								il tarixdə keçirilsin. 
								4. 
								İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn 
								olimpiadalarının xərclər smetasını hazırlayıb 10 
								gün  müddətinə təsdiqə təqdim etsin. 
								5. 
								İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
								"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını 
								təmin etsin. 
								6. Əmrin 
								icrasına nəzarəti öz üzərimə götürürəm.  
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								16 fevral 2011-ci il  |