| 
								 Fevralın 15-də 
								Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) 
								imtahan bölməsində Bakı şəhəri üzrə tam orta 
								təhsil səviyyəsi (XI sinif) üzrə 2010-2011-ci 
								dərs ilinin mərkəzləşdirilmiş yoxlama 
								imtahanlarının nəticələri yerləşdirilib. 
								 
								Bakı şəhəri 
								üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 
								mərkəzləşdirilmiş yoxlama imtahanlarının 
								nəticələri isə yaxın günlərdə bu bölmədə 
								yerləşdiriləcək.  
								Məlumat üçün 
								qeyd edək ki, 12-13 fevral tarixlərində Bakı 
								şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil 
								səviyyələri üzrə 2010-2011-ci dərs ilinin 
								mərkəzləşdirilmiş yoxlama imtahanları keçirilib. 
								26730 XI sinif 
								şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 
								74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı 
								şəhərində məskunlaşan məcburi köçkün 
								rayonlarının şagirdləri də 12-13 fevral 
								tarixlərində keçirilmiş imtahanlarda iştirak 
								ediblər. 
								İmtahan XI 
								sinif şagirdləri üçün 3, IX sinif şagirdləri 
								üçün isə 1 saat 30 dəqiqə davam edib. 
								2010-2011-ci 
								dərs ilində keçirilən yoxlama imtahanlarında bir 
								sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta 
								təhsil səviyyəsi üzrə yoxlama və buraxılış 
								imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 
								120 qalsa da, fənlər üzrə sual sayları 
								dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə 
								sualların sayı 25-dən 21-ə endirilib, təbiət 
								fənləri üzrə sualların sayı isə (kimya, 
								biologiya, fizika, coğrafiya) 10-dan 12-yə 
								qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə 
								Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi 
								buraxılış vərəqələri verilib. 
								
								Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri 
								Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn 
								qismində yoxlama imtahanlarının gedişini 
								izləyiblər. 
								Onu da qeyd 
								edək ki, 2010-2011-ci dərs ilində 
								mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və 
								buraxılış imtahanlarında respublika üzrə iştirak 
								edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 
								nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə 
								liseylərinin şagirdidir. 
								Fevralın 
								20-dən etibarən respublikamızın digər 
								bölgələrində  də  yoxlama  imtahanları 
								keçiriləcəkdir.  |