| 
								 
								 Fevralın 
								8-də  Azərbaycan Dillər Universitetinin rektoru, 
								millət vəkili, professor Səməd Seyidov Polşa 
								Respublikasının Azərbaycandakı fövqəladə və 
								səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü.  
								Görüşdə universitetlərarası əlaqələr və bir sıra 
								maraq doğuran məsələlər barədə geniş fikir 
								mübadiləsi aparıldı.  
								Rəhbərlik 
								etdiyi təhsil ocağı haqqında danışan Səməd 
								Seyidov  universitetdə bir çox istiqamətlər üzrə 
								müxtəlif ixtisasların mövcud olduğunu bildirdi. 
								 
								Səfir Mikal 
								Labenda ölkələrimiz arasında bir sıra sahələrdə 
								əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş 
								potensialın olduğunu bildirdi.  Diplomat  Polşa 
								universitetləri və ADU arasında  gələcək 
								əməkdaşlıq perspektivlərinin də olduğunu dedi. 
								Mikal Labenda Polşa universitetlərində 
								Azərbaycan dilinin tədrisinin və 
								Azərbaycanşünaslıq ixtisasının açılmasının 
								mümkünlüyündən danışdı.  |