| 
								 
								 Fevralın 
								15-də Bakıdakı 9 nömrəli orta məktəbdə Xocalı 
								faciəsinin 19-cu ildönümü ilə əlaqədar soyqırımı 
								qurbanlarının xatirəsinə həsr olunmuş anım 
								mərasimi keçirildi. Mərasim başlamazdan əvvəl  
								faciədə  həlak olanların xatirəsi  bir dəqiqəlik 
								sükutla yad edildi.  Azərbaycan Respublikasının 
								Dövlət bayrağı səhnəyə gətirildi.  
								Dövlət  
								himninin səslənməsi ilə başlanan tədbiri açıq 
								elan edən məktəbin direktoru Zinyət Əhmədova 
								Xocalı  faciəsi haqqında  məlumat verdi.  Qeyd 
								olundu ki,  Xocalı   faciəsi bəşər tarixində 
								misli görünməmiş soyqırımıdır.  Z.Əhmədova 
								bildirdi ki,  erməni separatçılarının terrorçu 
								dəstələri  "Böyük Ermənistan" yaratmaq xülyası  
								ilə xalqımıza qarşı daim  təxribatlar, soyqırımı 
								törədiblər.  Azərbaycan xalqı əsrlər boyu başına 
								gətirilən qırğınları, faciəli hadisələri 
								unutmamalı,  daim yad etməli, öz tarixini 
								yazmalı, nəsillərdən-nəsillərə çatdırmalı, hər 
								bir hadisədən nəticə çıxarmalıdır.   
								Tədbirin 
								aparıcıları Murad,Günel, Rəsmiyyə 19 il öncə 
								fevralın 25-dən 26-na keçən gecə ermənilərin 
								dinc Xocalı sakinlərinə qarşı törətdikləri 
								vəhşiliklərdən, faciənin başvermə 
								səbəblərindən,  o vaxtkı Azərbaycan 
								hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı 
								göstərdiyi biganəlikdən danışdılar, qırğının 
								miqyasını, nəticələrini əks etdirən dəhşətli  
								statistikanı diqqətə çatdırdılar. 
								Məktəbin 
								şagirdləri  Xocalı hadisələrinə, həmin kütləvi  
								qırğın zamanı düşmən əli ilə faciəli şəkildə 
								həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr 
								olunmuş şeirlər söylədilər, səhnəciklər 
								göstərdilər.  
								Tədbirdə çıxış 
								edənlər Xocalı faciəsinin dəhşətlərindən söz 
								açaraq torpaqlarımızın düşməndən tezliklə  azad 
								olunacağına və bu qisasın yerdə qalmayacağına 
								əminlik ifadə etdilər. 
								Tədbirin 
								sonunda Xocalı faciəsini əks etdirən film 
								nümayiş olundu.   
								
								
								Rəşad ZİYADOV  |